"Vətən Müharibəmizin "Can gedirik almağa" mahnısı ilə az qala himnini yazan Rövşən Binəqədili bu gün dövlətimizin və telekanalların diqqət mərkəzindən kənarda qalıb".
"Sherg.az" xəbər verir ki, bu barədə "AĞ" partiya başqanı Tural Abbaslı öz Feysbuk profilində yazıb. Təşkilat sədri qeyd edib:
"Bayağı müğənnilərlə efirlərini dolduran telekanallarımız onu verilişlərinə çağırmırlar. Mədəniyyət Nazirliyinə müraciət edirik. Vətənpərvərlik mahnıları ilə milyonların qəlbinə yol tapan Rövşən qardaşımıza sahib çıxın. Bu həm də nazirliyin vəzifə borcudur!".