Azərbaycanda məktəbliləri maşın vurdu - ANBAAN VİDEO

Lənkəranda məktəbliləri maşın vurub. 
“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, hadisə Şağlaser kəndində baş verib.
Ötən gün günorta saatlarında məktəbdən çıxıb evlərinə yollanan məktəbliləri yolu keçərkən VAZ-2107 markalı avtomobil vurub. 
Bir azyaşlı orta, digər məktəbli ağır dərəcəli bədən xəsarəti alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Azyaşlılardan birində beyin əməliyyatı aparılıb.
Həmin görüntüləri təqdim edirik: