Azərbaycanlı müğənni Tükiyədən qovuldu: Rep ifaçısı narkotiki təbliğ edirmiş 


Türkiyə mediasının xəbərinə görə, rep ifaçısı, azərbaycanlı müğənni Asya Əlizadə ölkədən xaric edilib. 

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Asya Əlizadə bir müddətdir Türkiyədə məskunlaşmışdı və rep ifa edirdi. İfaçı barəsində kliplərində narkotik maddələrin təbliğatına yer vermək ittihamıyla İstanbul Anadolu Cümhuriyyət Baş Prokurorluğunda istintaq başladılıb, polisə dəvət edilən ifaçının izahatı alındıqdan sonra ölkədən çıxarılması üçün xüsusi şöbəyə təslim edilib.  Araşdırma zamanı Əmniyyət Müdürlüyü Narkotik Cinayətləri ilə Mücadilə Şöbəsi Asya Əlizadənin bir klipində narkotik maddə barədə “əsrar kimi” ifadəsi işlətdiyi məlum olub. Əmniyyət Müdürlüyü bunu narkotik maddənin təbliğatı hesab edir. Bununla da Asya Əlizadənin Türkiyəni tərk etməsinə qərar verilib.   


 
Qeyd edək ki, azərbaycanlı Asya Əlizadə 28 oktyabr 2000-ci ildə Moskvada doğulub.
Türkiyədə rep ifaları ilə tanınıb. Berkcan Güvənlə birgə musiqi albomu var. "Qəlbin mənə qaldı"