"Dedi ki, oğlum məndən əvvəl ölsün"

“Ofeliya xanımdan müsahibə götürürdüm. Soruşdum ki, ən böyük arzunuz nədir. Dedi, heç bir ana istəməz ki, balası ölsün. Mən istəyirəm, oğlum məndən tez dünyasını dəyişsin”. 

“Sherg.az” xəbər verir ki, bu sözləri aparıcı-psixoloq İlham Mirzəyev “Gül kimi şou”da deyib. 

O, uzun illər öncə mərhum Xalq artisti Siyavuş Aslanın xanımı, Əməkdar artist Ofeliya Aslanın ona oğlu Çingizlə bağlı dediklərindən danışıb:

“Çünki o, rəhmətə gedəndə morqda qalacaq, dəfn edən olmayacaq. Siyavuş Aslanın oğlu dünyasını dəyişəndə mən Türkiyədə idim. Ofeliya xanımın sözləri yadıma düşdü. Onun arxiv  videosu məndə var”.

Qeyd edək ki, Çingiz Aslanovun aprelin 29-də vəfat etdiyi, meyitinin 7 gündən artıq morqda qaldığı açıqlanıb.
Çingiz Aslanov aprelin 27-də Nəsimi rayonu ərazisindən çağırış əsasında TƏBİB-in tabeliyindəki Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən küçədən təxliyə olunub və Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Aparılan reanimasyon tədbirlərə baxmayaraq, 29.04.2023 tarixdə bioloji ölüm baş verib. Ona infeksion hepatit, qaraciyər sirrozu, assit diaqnozları qoyulub.
Mərhumun nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu şöbəsinə təhvil verilib.
Ç. Aslanovun dəfnini Mədəniyyət Nazirliyi öz üzərinə götürdü.