Sürücülərin diqqətinə: İsti havalarda bunları edin

Azərbaycanın paytaxtı və bölgələrində havanın temperaturunun 42-44 dərəcəyə qədər yüksəlməsi sürücülərin yollarda hərəkətinə də problem yaradıb.

Son günlər avtomobil mühərrikini soyudan mayenin qaynaması səbəbi ilə ustalara müraciət edənlər artıb. Bu hal isə sürücüyə böyük maddi ziyan vurur. Ekspertlər isə bu cür isti günlərdə sürücülərin bir neçə nüansa diqqət etməsini vacib sayır. Sürücü avtomobildə tempraturun normadan çox artıdığını görürsə bu zaman avtomobili gücə salmamaq, tıxaclı yola girməmək və kənara çəkib saxlamaq lazımdır. Mühərrikin normadan çox qızmasına həttə şin lərdəki havanın az olmasıda səbəb ola bilər. Bunun üçün yay aylarında şinlərin havasının normada saxlanılmasıda vacibdir. Bundan əlavə qızma səbəbi ilə yanacaq nasosununda tez-tez sıradan çıxması müşahidə edilir ki, bunun qarşısını almaq üçündə avtomobilin yanacaq çəninin minimum yarıya qədər dolu olması məsləhət görülür.

Nəqliyyat eksperti Ərşad Hüseynov isə “Sherg.az"a açıqlamasında deyib ki, yayda avtomobil idarə etmək qışdan daha təhlükəsiz kimi görünsə də,  yüksək temperatur avtomobilə də mənfi təsir edir. 

Ekspertin sözlərinə görə, kəskin istilər sadəcə avtomobillərdə texniki problem yaratmır, sürücülərin və sərnişinlərin həyatı üçün də  risklidir.  

Sürücü və sərnişinlər nəzərə alsınlar ki, belə qızmar havada kondisionersiz avtomobillə yola çıxmaq çox risklidir. Ən riskli vaxt isə 11.00-18.00 arası olan saatlardır:
“Günəş altında ən çox qızan yer asfalt yollardır. Təsəvvür edin ki, havanın temperaturu 40-ın üstündədirsə, asfaltın üzərində 1-2 metrlik hava təbəqəsinin temperaturu 50-nin üzərində olacaq (asfaltın öz temperaturu 60-ı, hətta 70-i keçə bilər). Pəncərəsi açıq avtomobildə hərəkət edərkən belə qızmar hava axını insan bədəninin mayesini daha qısa müddətdə azaldacaq, gözlər qurumağa başlayacaq. Adamın yaşından və səhhətinin ümumi vəziyyətindən asılı olaraq bunun ciddi fəsadları ola bilər, sükan arxasında halı pisləşən sürücü ağır qəzaya səbəb ola bilər. Əgər sürücü yorğunluq, süstlük hiss etsə, dərhal hərəkəti dayandırıb, istirahət etməlidir”.