Həm deputat, həm jurnalist - “Hörüklü qızın” DOSYESİ

Milli Məclisin deputatı Qənirə Paşayeva vəfat edib. O, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

“Sherg.az” vəfat edən deputatın tərcümeyi-halını təqdim edir.

Paşayeva Qənirə Ələsgər qızı, Azərbaycan SSR-in Tovuz rayonu, Düz Qırıqlı kəndində anadan olmuş ictimai-siyasi xadim, jurnalist və deputat olub.

Qənirə Paşayeva 7 mart 1975-ci ildə anadan olub. 
Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. Rus və ingilis dillərini bilib.

1998-ci ildən ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışıb. 2005-ci ildə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olub.

Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatı idi. Bununla bərabər, Milli Məclisin Mədəniyyət komitəsinin sədri idi.

Qənirə Paşayevanın kitabları və məqalələri.


Qənirə Paşayevanın mükafatları.

30 sentyabr 2011-ci ildə “İslahatçı Gənclər” İctimai Birliyi Qənirə Paşayevanı “Xəzər” Milli Mükafatı ilə təltif edilib.

Qənirə Paşayeva, “İslahatçı Gənclər” İctimai Birliyi tərəfindən 2013-cü ildə Azərbaycanda reallaşdırılan dövlət gənclər siyasətinə verdiyi dəstəyə və bu siyasətin təbliğindəki xidmətlərinə görə Fəxri Diplomla şərəfləndirilib. O,eyni zamanda, Gürcüstanın fəxri vətəndaşı idi.