TEİAŞ və “AzərEnerji” arasında Yol Xəritəsi imzalanacaq

Bu gün “Türkiye Elektrik İletim Anonim Şirketi” (TEİAŞ) və “AzərEnerji” ASC arasında qarşılıqlı əlaqə layihəsi çərçivəsində fəaliyyətləri ehtiva edən Yol Xəritəsinin imzalanması ilə elektrik enerjisi sahəsində texniki əməkdaşlığa dair daha bir mühüm addım atılacaq.

“Report”un Naxçıvana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bu gün Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və ilk dəfə baş tutan "Naxçıvan - Yaşıl Enerji Zonası" Beynəlxalq Konfransında çıxışı zamanı bildirib.

“Həyata keçirəcəyimiz layihələrlə, ölkələrimiz arasındakı dostluğu bir daha təsdiqləyəcək, Naxçıvan ilə olan əlaqələrimizi qüvvətləndirmiş olacağıq”, - deyə türkiyəli nazir qeyd edib.