Kastamonun Taşköprü rayonundan 30 kilometr aralıda yerləşən Aşağı Şehirören kəndinin Türkmənlər mahalında cib telefon şəbəkələri coğrafi şəraitə görə qeyri-kafidir. Kəndin müxtəlif yerlərində yaşanan mobil telefon şəbəkəsi problemini həll etmək üçün kənd sakinləri çarəni simsiz telefon almaqda tapıblar.
Kənd sakinləri mobil telefon şəbəkəsinin qəbulu olmayan məntəqələrdə bir-biri ilə radio dalğalar vasitəsilə əlaqə saxlayır, rabitə ehtiyaclarını bu yolla ödəyir. Kənddə yaşayan 59 yaşlı Ərdoğan Kaya dağda, meşədə və ya çöldə olanda ailəsi ilə ancaq simsiz telefonla əlaqə saxlaya bildiyini deyib.
Erdoğan Kaya, kənddə yaşadıqları üçün kəndin hər yerində mobil telefon şəbəkəsinin qəbulu olmadığını ifadə edərək, GSM operatorlarından yaşadıqları problemi həll etmələrini istəyir və deyir: telefonlarımız çəkmədiyinə görə simsiz telefonlar vasitəsi ilə əlaqə saxlayırıq. Çayın dəmlənib dəmlənməsi kimi suallar vermək istəyəndə radio vasitəsilə əlaqə saxlayırıq. Mənim kod nömrəm 37-dir".