İnşaat işləri aparılan ərazi faciə yeridir

3 qardaşdan acı xəbər

  Sancaktəpədə itkin düşdükləri bildirilən 3 qardaş - 7 yaşlı Berat, 9 yaşlı Baran və 11 yaşlı Batuhan Sağın cansız bədənləri tapılıb. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, uşaqların atası Ayvaz Sağın aldıqları bu xəbərdən ailənin dəhşət içində olduğunu deyib: “Bizim canımız yandı, başqa kimsənin canı yanmasın. Bu inşaat işləri aparılan ərazi faciə yeridir. Lütfən, vəzifəlilər ora müdaxilə etsin”, söyləyib. Qeyd edilir ki, 3 qardaşın itkin düşdüyü barədə polisə məlumat daxil olduqdan sonra ərazidə axtarışlara başlanılıb. Polis ərazidə tikintisi gedən obyektin mühafizəçisindən daxil olan məlumat üzrə orada axtarış aparıb. Qardaşların cansız bədənləri eyni məhəllədə Gülpəmbə küçəsindəki bir tikinti meydançasındakı su ilə dolu çuxurda aşkarlanıb. Hadisə ilə bağlı Anadolu Cümhuriyyət Baş Prokurorluğunda istintaq başladılıb. İnşaat işləri aparılan ərazidə su ilə dolu çuxurun qalması tikintidə təhlükəsizlik qaydalarının pozulmasının nəticəsidir. Tikinti meydançasına yaxın yerdə böyük çuxur var, lakin üzəri açıq qalıb. Bu da ətrafda oynayan uşaqların çuxura düşməsinə səbəb olub. Su çuxurundan çıxarılan qardaşların cənazəsi tibbi ekspertizadan sonra ailəyə təhvil verilib.