16 yaşa qədər uşaqlara telefon qadağan olunacaq

İki müəllimin başlatdığı imza kampaniyasına 63 min adam qoşulub


  İspaniyada iki müəllimin paytaxt Madriddə uşaqlarda cib telefonu istifadəsini qadağan etmək üçün başlatdığı imza kampaniyasına 63 min adam qoşulub.
  "Sherg.az" xarici mediaya istinadən xəbər verir ki, imza kampaniyasından sonra müəllimlər Angela Sançcs Perez və Natalia Jimenez parlamentə 16 yaşdan kiçik uşaqlarda mobil telefondan istifadəni qadağan edən qanunun qəbulu tələbi ilə müraciət ediblər.
  İki müəllim mətbuata açıqlama verərək, mütəxəssislərin “mobil telefondan erkən istifadənin uşaq və yeniyetmələrdə diqqət və konsentrasiyanın azalmasına, yuxu problemlərinə, depressiyaya səbəb ola biləcəyi” barədə xəbərdarlıq etdiklərini və bu vəziyyəti şagirdlərində də müşahidə etdiklərini bildiriblər.
  8 və 11 yaşlarında iki uşağı olduğunu deyən Ximenez, "Böyük olanının, sinfindəki bəzi dostlarının cib telefonu var və hər gün "Mənə nə vaxt alacaqsan?" deyə soruşur. O, bildirib ki, uşaqların mobil telefondan istifadəsinə qarşı tədbir görülməsi üçün ailələr və müəllimlər hüquqi dəstək istəyirlər.
  İspan müəllimləri, "Uşaqların sinifdə necə çətinlik çəkdiyini görürük. Onlar tapşırıqları qavramaqda getdikcə daha çox problem yaşayırlar. Bunun əsas səbəbi uzun bir şeyi oxumaqdan və anlamaqdan çəkinmələri və diqqətsizlikləridir. Burada biz uşaqların fiziki və psixi sağlamlığı üçün zərərli nəticələrə səbəb ola biləcək bir vəziyyət görürük. Bu, yuxusuzluq, stress və hətta depressiya kimi problemlərə yol aça bilər"- deyə bildirirlər.
  Ölkədəki 17 muxtar administrasiyadan yalnız 3-də (Madrid, Qalisiya və Castilla La Mancha) məktəbə mobil telefon gətirmək tamamilə qadağan edilsə də, digərlərində onları şkaflarda qoymaq və ya bağlı saxlanılması kimi şərtlərlə icazə verilir.
  Parlamentə təqdim edilən sorğuda 16 yaşına çatmamış uşaqların məktəbdə və ya məktəbdən kənarda mobil telefondan istifadəsinə tam qadağa qoyulması tələb olunur.