Son bir ay ərzində İranın Gilan əyalətində məcburi hicab qaydalarının pozulmasına və musiqi səsləndirilməsinə görə 45 şadlıq sarayı və restoranın fəaliyyətinə qadağa qoyulub.
Axar.az xəbər verir ki, bu barədə əyalətin polis idarəsi məlumat yayıb.
Məlumatda daha 137 iş yerinə xəbərdarlıq edildiyi, hicab qaydalarını pozanlara xidmət göstərəcəkləri təqdirdə fəaliyyətlərinin qadağan ediləcəyi bildirilib.
Qeyd edək ki, cari ildə İranın müxtəlif bölgələrində eyni ittihamla 3 minə yaxın iş yeri bağlanıb.