Gələn ildən 2014-cü il istehsalı olan avtomobillərin də ölkəyə idxalı məhdudlaşdırılacaq.
Axar.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O bildirib ki, avtomobillərin istehsal tarixinə görə Azərbaycana idxalının məhdudlaşdırılması Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli 94 saylı qərarına əsasən həyata keçirilir.
“Həmin qərarın 2-ci bəndinə əsasən, istehsal ili 10 ildən çox olan avtomobillərin Azərbaycana idxalı məhdudlaşdırılıb. Gözlənilir ki, avtomobil parkında köhnə avtomobillərin payının azalması müşahidə olunacaq”, - deyə V.Bayramov deyib.
Onun sözlərinə görə, bu, maşın bazarının strukturuna da təsir göstərir:
“Bazarda da ili nisbətən köhnə olan avtomobillərin sayında azalmalar müşahidə olunacaq. Ancaq bütövlükdə biz 2023-cü ilin geridə qalan aylarında avtomobil bazarında qiymət artımlarını müşahidə etdik. Köhnə avtomobillər üzrə qiymət artımlarının davam edəcəyi gözlənilir”.