Xalq şairi Hüseyn Arifin qızı Zöhrə Hüseynzadə bu gün səhər saatlarında uzun sürən xəstəlikdən dünyasını dəyişib.
"Sherg.az" bildirir ki, bu barədə "Qazax " Xeyriyyə İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Səbinə Yusif məlumat verib.
"Qazax " Xeyriyyə İctimai Birliyinin sədri, professor İlham Pirməmmədovun verdiyi məlumata görə, Zöhrə xanım ailəsinin qərarına əsasən sabah Ağstafada ailə qəbristanlığında dəfn olunacaq. Dəfnin təşkilini Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Seymur Orucov üzərinə götürüb. İ.Pirməmmədovun sözlərinə görə, Hüseyin Arifin qızı Zöhrə xanımın dəfnində Ağstafa rayonu mədəniyyət və gənclər idarəsinin rəhbər və üzvləri, Azərbaycan Yazıçılar Birliyinin Qazax rayon şöbəsinin sədri Barat Vüsal, rayonda yaşayan şair və yazıçılar, həmçinin sənət adamları iştirak edəcək.
Qeyd edək ki, Hüseynzadə Zöhrə Arif qızı 1951-ci 30 sentyabrda Qazax rayonunun (indiki Ağstafa rayonu) Yenigün kəndində anadan olub. 1956-cı ildə ailəsi ilə birlikdə Bakıya köçüblər. Zöhrə Hüseynzadə Bakı şəhər 190 N-li tam orta məktəbini bitirib. Azərbaycan Tibb Universitetinin Müalicə-profılaktika fakültəsini bitirib. İlk illərdə 3N_li şəhər xəstəxanasında həkim-kardioloq kimi çalışıb. 18 il Yasamal rayon Səhiyyə şöbəsinin müdiri vəzifəsində çalışıb. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının üzvü və YAP Yasamal rayon təşkilatının müavini seçilib. 2000-ci ildə Respublika Xəstəxanasına baş həkim vəzifəsinə təyin olunur. Zöhrə xanım yaşadığı ömür müddətində həm həkim kimi, həm də ictimai-fəal kimi daim dövlətə, xalqa vicdanla xidmət edib.