Qanunsuz tikililər nəyə deyilir? -EKSPERTDƏN IZAH

İmişli rayonunun Qaralar və Göygöl rayonunun Üçtəpə kəndləri ərazisində qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq olaraq İmişli və Göygöl Rayon İcra hakimiyyətləri nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikililər sökülüb.

Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Sherg.az"a bildirib ki, Bakı və Abşeronda yüzminlərlə çıxarış ala bilməyən fərdi yaşayış evlərinə də bəzən qanunsuz deyirlər:

“Bəzi ərazilərdə tikinti işləri aparmaq qadağandır. Qadağan olunmuş ərazilərdə tikinti işləri aparmaq olmaz. Çünki, bu qanun pozuntusuna gətirib çıxarır. Tikinti işləri aparmaq istəyən şəxslər rəsmi şəkildə müraciət etsələr də onlara hər hansısa bir səbəbdən icazə verilmir. Hətta həmin şəxslərə tikinti prosesində xəbərdarlıq olunur. İcazə verilməyən tikintilərin inşasına başlayan zaman isə onlar qansuz sayılır və müvafiq qurumlar tərəfindən sökülür”