Sabah Naxçıvan Ali Məclisinin yaz sessiyasının sonuncu plenar iclası keçiriləcək

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının mayın 30-da sonuncu plenar iclası keçiriləcək.

Bu barədə "Report"a Ali Məclisin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iclasda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2025-ci ilin yaz sessiyası dövründə fəaliyyəti və cari məsələlər müzakirə olunacaq.