65 yaşdan yuxarı şəxslərin işdən azad edilməsinə son qoyulacaq
65 yaşdan yuxarı şəxslərin işdən azad edilməsinə son qoyulacaq
Yusif Nəzərli
11:35 19.05.2023
Cəmiyyət
947
65 yaşdan yuxarı şəxslərin işdən azad edilməsi ilə bağlı qanuna edilmiş dəyişikliyin ləğvi gözlənilir. Sözügedən dəyişikliyə etiraz edən Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib ki, yaş insanın əmək fəaliyyətinə mane ola bilməz: "Özünü sağlam hiss edən, sertifikasiyadan keçən adamların işdən azad edilməsi ədalətsizlikdir. Biz çalışacağıq ki, bu məhdudiyyəti aradan qaldıraq".
Musa Quliyev qeyd edib ki, bu dəyişiklik Milli Məclis tərəfindən irəli sürülməyib: "Bu dəyişiklik müvafiq icra hakimiyyəti orqanları tərəfindən gəlib və doğru deyil. Bu məsələdə ən çox aqressiv münasibət TƏBİB tərəfindən göstərilir. Yaşı tamam olan şəxsi həmin işdən azad edirlər. Bizə bununla bağlı müraciətlər olur. Lakin TƏBİB və Səhiyyə Nazirliyindən bildirilir ki, yaşı tamam olanlar işdən uzaqlaşdırılmalıdır. Nəzərə alaq ki, həkimlərimizin pensiyaları da o qədər yüksək deyil ki, işdən çıxdıqdan sonra yaşayışlarını normal şərtlər daxilində davam etdirsinlər. Psixoloji sosial sağlamlıqdan danışırıqsa, elə özümüz bu addımı atmaqla onların psixoloji sosial vəziyyətinə zərbə vurmuş olduğumuzu nəzərə almalıyıq”.
Sosioloq İlqar Hüseynli isə “Şərq” açıqlamasında bildirib ki, inkişaf etmiş ölkələrdə fəaliyyət göstərən məşhur həkimlərin əksəriyyəti 65-70 yaşında olanlardır: “Pensiya yaşının təyin edilməsi o demək deyil ki, yaş tamam olan günün səhəri illərdir fəaliyət göstərən təcrübəli həkimlərin hamısı işdən azad edilsin. Hazırda bölgələrimizdə həkim çatışmazlığı problemi yaşanır. Belə məqamda yaş senzinin tətbiqi isə kadr çatışmazlığı yaradır: "Səhiyyə Nazirliyinin saytında yerləşdirilən vakansiyalara baxanda görmək olur ki, 100-ə qədər həkim tələb olunan rayonlar var. Bu qədər həkimə tələbat olduğu halda, yaş senzi tətbiq edib, əmək qabiliyyətini itirməyən həkimlərin işdən azad edilməsi doğru deyil. Həkim peşəkardır. Əgər bu və ya digər hansısa xəstəlik səbəbindən iş qabiliyyətini itiribsə, bu başqa məsələ. Amma bu məsələdə bir qədər daha geniş düşünmək lazımdır”.
Xəbər lenti
Hamısına bax
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media