7 qəzetdə aparılmış monitorinqin nəticələri açıqlanıb
14:26 25.11.2022
Cəmiyyət
532
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində “Qəzetlərin dili monitorinq aynasında” adlı tədbir keçirilib.
Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva tədbirin 7 qəzetdə aparılmış monitorinq nəticələrinin ictimaiyyətə açıqlanması məqsədilə təşkil edildiyini söyləyib.
Sevinc Əliyeva bildirib ki, bu gün Azərbaycanda yüzlərlə mətbu orqan – qəzet və jurnal fəaliyyət göstərir, klassik mətbuat nümunəsi olan qəzetlər funksionallığını dəyişərək xəbər çatdırmaqla yanaşı, təhlil, araşdırma, əyləncə xarakterli yeni məzmun və formaya sahib yazılar da təqdim edir. Cəmiyyətdə baş verənləri gecikdirmədən, operativ şəkildə ictimaiyyətə çatdıran qəzetlər əksər halda yeni yaranan anlayışlarla bağlı söz və ifadələrin də mənbəyi kimi çıxış edir. Məhz bu baxımdan müxtəlif insanların tribunası olaraq fərqli mövqe və maraqları əks etdirmək missiyasını üzərinə götürən qəzetlər dilin daşıyıcısı kimi ədəbi dil normalarını da mütləq şəkildə qorumalıdır. O qeyd edib ki, gündəlik çap mediası olan qəzetlərdə doğma dilimizin tətbiq səviyyəsinin müəyyən edilməsi məqsədilə aparılmış monitorinqin nəticələri “Qəzetlərin dili monitorinq aynasında” adlı hesabatda öz əksini tapıb. Fikrini hesabatda əks olunan nümunələrə istinadən ümumiləşdirən natiq bildirib ki, Azərbaycan dilinin tətbiqi ilə bağlı real vəziyyəti əks etdirən dil faktları və statistik göstəricilər çap mediasında ciddi nöqsanların olduğunu deməyə imkan verir.
Monitorinq Mərkəzinin baş mütəxəssisi filologiya üzrə fəlsəfə doktoru Mətanət Xudiyeva “Qəzetlərin dili monitorinq aynasında” mövzusunda məruzə ilə çıxış edib. O, monitorinq nəticəsində qeydə alınmış 2500 dil faktından 1769-nun hesabata daxil edildiyini, 744 orfoqrafik, 170 leksik, 334 qrammatik, 521 üslub və ifadə səhvinin müəyyənləşdirildiyini nəzərə çatdırıb. Aşkar edilmiş nöqsanları təhlil edən Mətanət Xudiyeva səhvlərin daha çox müsahiblərin nitqlərinin redaktə olunmadan verilməsi, qeyri-müəyyən başlıqlar, abreviaturların, vəzifə və rütbə adlarının yazılışında orfoqrafik normanın pozulması, mürəkkəb adların yazılışında çoxvariantlılıq, durğu işarələrinin düzgün tətbiq edilməməsi və s. şəkildə müşahidə olunduğunu vurğulayıb.
Qeyd edək ki, monitorinqi aparılan qəzetlərin arasında "Şərq" qəzeti də olub. Qəzetini baş redaktoru Akif Aşırlı da tədbirdə iştirak edib, müzakirələrlə bağlı öz fikirlərini bölüşüb.
Aşkarlanan faktların əyani şəkildə təqdimatı ilə davam edən müzakirədə qonaqlar mətbuatda gedən proseslərlə bağlı fikirlərini bildiriblər. Qeyd edilib ki, kütləvi informasiya vasitələrinin dili Azərbaycan dilinin mövcud praktik vəziyyətini və inkişaf sürətini müəyyənləşdirir. Bu baxımdan digər sahələrdə olduğu kimi, mətbuatda da ədəbi dilin qorunması və müvafiq normalara riayət olunması işində ciddi nəzarətə ehtiyac duyulur.
Müzakirələrdə dilçi alimlər, qəzet redaktorları, Monitorinq Mərkəzinin əməkdaşları və media nümayəndələri iştirak ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya
“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir
11:51 01.09.2026
Futbol
Azad edilmiş ərazilərdə ötən ay 635 mina, 2724 PHS aşkarlanıb
11:07 01.09.2026
Aktual
Ötən gecə Bakıya dolu düşüb, leysan olub - FAKTİKİ HAVA
10:41 01.09.2026
Ekologiya
Azərbaycan XİN Özbəkistanı Milli Günü münasibətilə təbrik etdi
10:39 01.09.2026
Gündəm