Almaniyanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırıldı
Almaniyanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırıldı
Yusif Nəzərli
14:58 17.05.2023
Cəmiyyət
500
“Sabah” qəzetinin Frankfurt bürosunun nümayəndələri Almaniya polisi tərəfindən saxlanılıb. Məsələ ilə bağlı Almaniyanın Ankaradakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.
Məlumata görə, jurnalistlər dindirildikdən sonra sərbəst buraxılıblar.
“Sabah” qəzetinin Frankfurt bürosu nümayəndələrinin bu gün alman polisi tərəfindən əsassız olaraq saxlanması Türkiyə mətbuatına qarşı təqib və hədə-qorxu aktıdır. Biz bu mənfur hərəkəti şiddətlə qınayırıq. Prezident və parlament seçkilərindən dərhal sonra Almaniya hakimiyyətinin yuxarıda adı çəkilən mətbuat nümayəndələrini hətta ifadə verməyə dəvət etmədən birbaşa həbs etməsini düşünülmüş hərəkət hesab edirik.
Bütün dünyaya mətbuat və ifadə azadlığını öyrədən Almaniyanın azad mətbuata qarşı hərəkəti onun ikili standartlı yanaşmasını ortaya qoyur. Məsələ ilə bağlı Almaniyada lazımi təşəbbüslər edilib və bu gün Nazirliyimizə çağırılan Almaniyanın Ankaradakı səfirinə sərt reaksiyamız çatdırılıb”, - XİN-dən bildirilib.
Mənbə: Haber Global
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi