Bakıda avtomobil yolunun bir hissəsini kim və niyə bağlayıb?
Yusif Nəzərli
11:06 27.03.2023
Cəmiyyət
401
Paytaxtın Nərimanov rayonu ərazisində nəqliyyatın hərəkətinə süni mane yaradılıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.
Belə ki, söhbət Əhməd Rəcəbli küçəsi ilə Təbriz küçəsinin kəsişməsindən gedir. Sözügedən kəsişmədə avtobus zolağı xüsusi maneələr vasitəsilə bağlanıb.
Adətən bu ərazi ətrafdakı bir çox restoranlar tərəfindən parklanma yeri kimi istifadə olunur, amma indi bu zolaq üzrə hərəkət, ümumiyyətlə, bağlıdır.
Avtobus zolaqlarının əhəmiyyətinə baxmayaraq, zəif nəzarət və zəbt nəticəsində avtobusların hərəkətində ləngimələr yaranır. Küçədəki obyektlər nədənsə küçə sahəsini öz mülkiyyəti hesab edirlər.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən (BNA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Əhməd Rəcəbli və Təbriz küçələrinin kəsişməsində avtobus zolağının xüsusi maneələr vasitəsilə bağlanması qəbuledilməz bir haldır:
“Bu cür davranışlar yol hərəkəti qaydalarının pozulması ilə yanaşı, həm də həmin ərazidən keçən müntəzəm marşrut xətlərindən istifadə edən sərnişinlərə qarşı hörmətsizlikdir. Avtobus zolağının zəbt olunması avtobusların müəyyən olunmuş qrafik üzrə hərəkətini ləngidir.
Nəticədə gün ərzində minlərlə sərnişin lüzumsuz yerə vaxt itir, əsəb və stres yaşayır. Agentliyin müdaxiləsi nəticəsində artıq zolaq üzərində olan maneələr tamamilə aradan qalıdırılıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual