
"MilliÖn", "E-manat" vətəndaşlardan rüsum tutmalı deyil -Ekspert
"MilliÖn", "E-manat" vətəndaşlardan rüsum tutmalı deyil -Ekspert
08:11 20.09.2024
Cəmiyyət
1278
Kredit borc vəsaitidir
“Ölkədə elektron pul ödənişləri və köçürmələrində çatışmazlıqlar kifayət qədərdir”
"MillÖn" və "E-manat" terminalları ilə kredit ödənişlərində 1 faiz əlavə pul tutulduğu bildirilib. İctimai fəal Haldun Novruzzadə “MilliÖn”, “E-manat” aparatları ilə bağlı müzakirələrə səbəb olan paylaşım edib. H.Novruzzadə kredit ödəyən zaman əlavə komissiya haqqı tutulduğunu bildirib: “Deməli, “MilliÖn”, “E-manat” kimi aparatlar sentyabr ayından ödədiyiniz kreditlərdən 1 faiz xidmət haqqı tutur. Məsələn, 2000 manat kredit ödəyirsinizsə, 20 manatını “MilliÖn” avtomatik çıxır. Bunu da qəbzdə göstərmir deyə sizin xəbəriniz olmur. Buna görə də əskik pul ödədiyiniz üçün adınız geçikməyə düşür”.
“MilliÖn” Xidmət Mərkəzindən verilən məlumata görə, həmin komissiyanı banklar tutur: “Hər bir komissiya bank tərəfindən təyin olunur. Ödəniş zamanı məbləği daxil etməmişdən öncə monitorun üzərində komissiyanın çıxılacağı barədə məlumat yazılır. Ola bilər ki, müştəri buna diqqət yetirmədən ödəniş edir. Ümumiyyətlə, “MilliÖn” tərəfindən komissiya tətbiq edilmir”.
Azərbaycanda pulköçürmə sahəsində göstərilən xidməti dəyərləndirən iqtisadçı-ekspert Pərviz Heydər “Sherg.az”a açıqlamasında deyib ki, ölkədə elektron pul ödənişləri və köçürmələrində çatışmazlıqlar kifayət qədərdir:

“Söhbət, həm də müxtəlif bank kartları arasında pul köçürmələrinə də aiddir. Bütün bu sahələr üzrə nəzarət lazımdır, lüzumsuz yerə rüsum tədbiqlərinin qanuni əsasları olub-olmadığı nəzərə alınmalıdır. Ödəmə terminallarında həyata keçirilən əməliyyatlara əsasən hansı əsasda rüsum tutulduğu və bunun hansı mexanizm əsasında tənzimləndiyi üzə çıxarılmalıdır və bu, hər bir vətəndaşa, fiziki şəxsə bəlli olmalıdır. Məsələn, bank xidməti deyilən bir şey vardır. Hər bir bankın da özünə aid plastik debet və kredit ödəniş kartları mövcuddur. Banklararası plastik kartlar üzrə köçürmələrə, o cümlədən müdaxilə rüsumların tətbiqi hansı tarif siyasəti qaydalarına əsasən müəyyən olunur, şəxsən mənə bəlli deyil. Bütün bunlar qanunvericilikdə təsbitini tapmalıdır. MilliÖn”, “E-manat” kimi ödəniş aparatları bu və ya digər banka kredit ödənişində vətəndaşlardan rüsum tutmalı deyil. Kredit borc vəsaitidir. Borc vaxtında ödənilmədikdə cərimə ödənilir, vaxtında ödənildiyi halda nəyə görə rüsum tutulmalıdır ki? Özü də üçüncü bir tərəf vasitəsilə... Bu, ölkədə pulköçürmə sahəsində göstərilən xidmətlər sferasında mövcud özbaşınalığa bir nümunədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm
Müdafiə naziri: Ukrayna müharibədə heç vaxt qalib gələ bilməyəcək
15:37 18.10.2026
Dünya