Psixoloq sadəcə dərd dinləmək üçün deyil
Yusif Nəzərli
13:18 20.05.2023
Cəmiyyət
517
İntellekti yüksək insanlar psixoloqa müraciət edir və bu, sevindirici haldır
“Həkimə müraciət etmək xəstəlik deyil. Bu, həyatla və ruhla bağlı məsələdir”
Azərbaycanda da psixi sağlamlıqla əlaqəli əhali arasında diskriminasiya mövcuddur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancının sözlərinə görə, insanlar psixi sağlamlıqla bağlı problem olduğu zaman bunu deməyə utanmamalıdırlar: "Qrip və digər xəstəliklərin daşıyıcısı olduğunu deməkdən utanmadığımız kimi psixi sağlamlıqla bağlı problemi də ifadə etməkdən çəkinməməliyik. Əlbəttə, ailədə hər kəsin bir-birinə dəstəyi önəmlidir, amma zərurət olduğu zaman professional dəstəyə ehtiyacın yaranması ayıb deyil. Bunu hər kəs qəbul edərsə, diskriminasiya əleyhinə atılan önəmli bir addım olar.
Psixoloq Nərgiz Hüseynovanın “Şərq”ə açıqlamasına görə, bəzi insanlarda belə bir fikir var ki, psixoloqa getmək ayıbdır, ancaq zəif insan özüylə bacara bilməyib psixoloqa müraciət edər. Hətta ən çox eşitdiyim fraza var:
“Mən dəliyəm psixoloqa gedim?”.
İlk dəfə kabinetə daxil olanda ayıb bir şey etdiyi kimi gəldiyinə görə özünə haqq qazandıranlar da olur: "Mən həmişə özümlə bacarırdım. İndi nəsə alınmır." Adama deməli olursan ki, psixoloqa getmək zəif olduğun demək deyil. Əksinə, öz problemlərinin travmalarının gözünün içinə dik baxmaq adamda cəsarət istər, nəinki onları basdırıb içəridə saxlamaq. Bir də psixoloqun işinin ancaq boş-boş danışmaqdan ibarət olduğunu düşünənlər var. Bunu hətta ali savadlı insanlar təsadüfən müraciət edib nəticə əldə edəndən sonra deyirlər.
Psixoloqa müraciət etmək xəstəlik deyil. Bu, həyatla və ruhla bağlı məsələdir. Psixologiya insanın bütün həyatını əhatə edən bir elmdir. Dünya praktikasından da görmək mümkündür ki, polis, məhkəmə, müəllim, reklam, şirkət, həkim, siyasətçi və s. psixoloqlarla birgə işləyirlər.
Ona görə də intellekti yüksək insanlar psixoloqa müraciət edir və bu, sevindirici haldır. Zəif düşünən yox, güclü enerjiyə sahib olmaq istəyən hər kəs psixoloqa müraciət edir və etməlidir. Psixoloq sadəcə dərd dinləmək üçün deyil, bəzən insanın ağlı və hissləri onu narahat edir. Həyatı ilə bağlı mühüm qərar qəbul etməkdə tərəddüd yaşayır. Məhz elə bu zaman psixoloqa müraciət etmək çox önəmlidir. Verilən suallarla xəritəni gözünün önünə gətirərək , insanda bir çox dərketmələr (insaytlar) baş verir. Hər bir insanın bu həyatda, zaman-zaman psixoloqa müraciəti çox vacibdir. Əgər bir insan bunun əhəmiyyətini anlasa, psixoloq qəbulundan çıxmaz”.
Psixoloqun sözlərinə görə, yavaş-yavaş psixoloqa qarşı münasibət dəyişir. Hətta son 10 ildə psixoloqa müraciət edənlərin sayında artım hiss edilir:
“Çünki əvvəllər insanlar öz problemlərini qohum-əqrəba, yaxın dostları ilə bölüşüb məsləhət alırdılar. İndi isə insanlar bir-birinin probleminə qulaq asmaq istəmir. Onu da deyim ki, filmlərdə, seriallarda elit təbəqənin psixoloqa müraciət etməsi bu problemin aradan qalxmasına kömək etdi”.
Xəbər lenti
Hamısına bax
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual
Rusiya Ukraynada sərnişin qatarını vurdu
11:44 23.08.2026
Gündəm
Qazaxda iki minik avtomobili toqquşub, 3 nəfər ölüb
11:15 23.08.2026
Hadisə