
Qida eksperti: Plastik qablardan uzaq durmaq lazımdır
Yusif Nəzərli
07:05 20.09.2024
Cəmiyyət
674
Ev şəraitində müəyyən ərzaqları kağız və ya parça torbalarda, şüşə qablarda saxlamaq olar
“Əvvəllər nənələrimiz, ev xanımları, əriştə kəsib parça torbalara yığar, qışa azuqə saxlayardı. Qəndi, şəkəri, unu parça torbalarda, kisələrdə saxlayardılar”
Alimlər qida məhsullarının qablaşdırılması və ya hazırlanma proseslərində istifadə edilən 3600-dən çox kimyəvi maddənin insan orqanizmində aşkar edildiyini açıqlayıb. Sürixdə yerləşən Qida Qablaşdırma Forumu Fondunun nümayəndəsi, professor Birgit Geueke bu kimyəvi maddələrdən təxminən 100-nün insan sağlamlığı üçün yüksək risk yaratdığını bildirib. Məlum olan zərərli kimyəvi maddələrdən “PFAS” və “bisfenol A” qadağan edilmək üzrədir. Bu kimyəvi maddələrə həmçinin hormonları pozan təsirləri olan ftalatlar və daha az tanınmış oliqomerlər də daxildir. Geueke qida qablaşdırmasında istifadə edilən bəzi kimyəvi maddələrin qida ilə insan orqanizminə necə keçdiyi ilə bağlı daha çox araşdırmaya ehtiyac olduğunu vurğulayıb. Tədqiqat “Journal of Exposure Science and Environmental Epidemiology” jurnalında dərc olunub.
Qida eksperti Ağa Salamov "Sherg.az"a açıqlamasında qeyd etdi ki, sahibkarlar maliyyə xərclərini azaltmaq üçün plastik qablaşdırmalara üsünlük verir, çünki parça kisələr maliyyə baxımından xərc tələb edir:

- Ona görə də qida məhsullarının qablaşdırılması ilə məşğul olan şirkətlər maliyyə xərclərini azaltmaq üçün plastik qablaşdırmalara üstünlük verirlər. Plastik qablaşdırma daha ucuz başa gəlir. Əgər belədirsə, sahibkar gərək tərkibində bisfenol A maddəsi olmayan plastiklərdən istifadə etsin. Qablaşdırma materialının tərkibində Bisfenol A varsa, təhlükəlidir. Günəş şüası üzərinə düşərsə, istiliyə məruz qalarsa, qida ilə təmas edərsə, zərərli maddələr qidaya keçəcək. Bu da insan orqanizminə ziyandır. Bu maddə tərkibinə nüfuz etdiyi qida ilə bərabər orqanizmə düşdükdə zaman keçdikcə sinir sisteminə mənfi təsir edir, hormonal pozuntular yaradır. Ərzaq məhsulları, qidalar qida üçün nəzərdə tutulan qablaşdırmada olmalıdır. Amma bir məsələ də var ki, əgər maliyyə xərcləri tələb edən qablaşdırmalardan istifadə edilsə, bu, məhsulun qiymətinin artmasına da səbəb olacaq, qiymətlər qalxacaq, istehlakçı isə narazı qalacaq. Tərkibində ziyanlı kimyəvi maddələr olan qablaşdırmalardan yenə də müəyyən qədər imtina etmək olar. Fikir versək görərik ki, plastik qablaşdırmada olan qidalar, ərzaqların qiymətində şüşə və ya parça qablaşdırmalarda olanların qiyməti arasında fərq var. Məsələn, şüşə qablaşdırmadakı sular plastik qablardakı sulardan nisbətən bahadır. Şüşə istehsal etmək daha böyük xərc tələb edir, nəinki plastik qablar.
A.Salamov qeyd etdi ki, insanlar özləri orqanizmi zərərli maddələrdən qoruya bilər:
- Məsələn, ev şəraitində müəyyən ərzaqları kağız və ya parça torbalarda, şüşə qablarda saxlamaq olar. Əvvəllər nənələrimiz, ev xanımları, əriştə kəsib parça torbalara yığar, qışa azuqə saxlayardı. Qəndi, şəkəri, unu parça torbalarda, kisələrdə saxlayardılar. Plastik qablar istehsal olunmağa başlayandan bir çoxları görünüşünə, rənginə aldanıb onlardan məişətdə istifadə etməyə başladılar. Dünya sənayesi də belədir, hansı məhsul daha ucuz başa gəlirsə, ona üstünlük verirlər. İnsanlar müəyyən qədər özünü qoruya bilər ancaq. Plastik qablarda su alınırsa, ondan daim istifadə etməmək lazımdır. Elə insanlar var, bir su qabını saxlama qabı olaraq mütəmadi istifadə edir. Bu, yanlışdır. Plastik qablardan nə qədər çox uzaq dayanılsa, bir o qədər faydalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya