Vəziyyət getdikcə pisləşir
Yusif Nəzərli
12:38 19.05.2023
Cəmiyyət
564
Boşanmaların artmasının əsas səbəblərindən biri iqtisadi durumdur
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin birinci rübündə 11870 nikah və 5118 boşanma halları qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,9-dan 4,7- yə düşüb, boşanmaların sayı isə 1,5-dən 2,0-a qədər artıb.
Mediator Fərhad Mehdiyevin “Şərq”ə açıqlamasına görə, boşanmaların artmasının əsas səbəblərindən biri iqtisadi durumdur. İnsanların sosial rifahı bütün dünyada aşağı düşüb və maddi vəziyyət getdikcə pisləşir: “Əgər ailədə maddi sıxıntı yoxdursa, o zaman ər və arvad arasındakı bəzi xırda problemlər çox gözə batmır. Ancaq maddi sıxıntıların üzərinə xarakter uyğunsuzluğu və ya digər problemlər də gəlirsə, bu zaman artıq ailədə inam, etibar, birlikdə yaşamaq istəyi də azalır. Ərindən arzuladığı diqqət və qayğını görə bilməyən qadın ona pul xərclətməklə daxili boşluğunu doldurur. Kafe-restoranlara getmək, bahalı geyimlər, bəzək əşyaları aldırır. Bunlarla xoşbəxt olan qadınları ərinin ondan soyuması, ona qarşı sevgisinin azalması maraqlandırmır. Maddi imkanı zəif olan ailələrdə isə kişilər qadına bu şəraiti yarada bilmir deyə aradakı soyuqluq tez gözə çarpır.
Digər səbəb isə 21-ci əsrdə ənənəvi ailə modelinin, dəyərlərinin gündəmdən çıxaraq öz əhəmiyyətini itirməsidir. Sosial-iqtisadi şərait dəyişib. Heç nə əvvəlki kimi deyil. Azərbaycan xalqının mentaliteti əvvəlki ailə müəssisəsinə uyğundur. Reallıqda isə şahidi olduğumuz mənzərə tamam fərqlidir. Artıq insanlarımız rahat şəkildə bir-biriləri ilə ünsiyyətə girib, rahat şəkildə yeni tanışlıqlar əldə edirlər. Bunun özü də ailə bağlarını zəiflədən səbəblərdən biridir. Yəni hər iki tərəf düşünür ki, evləndiyi şəxslə xoşbəxt ola bilməsə, boşanıb başqa biri ilə münasibətdə olacaq. Yəni insanlarımız üçün artıq ailə həyatı müqəddəs deyil. Onlar üçün vacib və dəyərli olan şəxsi həyatlarıdır. Qarşı tərəfin istəkləri, evlilikdən gözləntiləri ümumiyyətlə maraqlandırmır. Cütlüklərimiz bir-birini itirməkdən qorxmur. Bir-biri ilə münasibətləri korlananda aralarındakı problemlərin həllinə çalışmaq əvəzinə arzuladığı münasibəti kənarda axtarmağa çalışır. Əvvəllər, internetin bu qədər əlçatan olmadığı vaxtlarda boşanmış bir qadının, yaxud kişinin qısa müddətdə başqası ilə tanış olması mümkün deyildi. Ona görə də tərəflər ailəsini qorumağa, münasibətlərini qoruyub saxlamağa çalışırdı. İndi isə gənclər ailə quranda qalıcı olub-olmayacağına əhəmiyyət vermirlər. Bu, çox vacib məsələdir. Onlar sadəcə münasibət qurmaq istəyirlər. Həmin münasibətin nə qədər davam edəcəyi maraqlı deyil”.
Xəbər lenti
Hamısına bax
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi