
USAİD-in bağlanması ABŞ-Azərbaycan münasibətlərindəki cığırların təmizlənməsi deməkdir -ANALİZ
09:18 04.02.2025
Siyasət
599
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Vaşinqtonda yerləşən baş ofisi ölkə administrasiyasının qərarı ilə bağlanıb.
Agentliyin loqosu Vaşinqtondakı Ronald Reyqan binasında yerləşən qərargahının önündən çıxarılıb.
Xatırladaq ki, keçən ilin sonlarında “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində Prezident İlham Əliyev bildirmişdi ki, Rusiya USAİD-i qadağa etməklə doğru iş görüb:
“Zənnimcə, Tramp onu qadağan edə bilər. Mən düşündüyümü deyirəm, o, ümumiyyətlə, sıradan çıxa bilər. Bax, onlar təkidlə kömək etmək istəyirlər. Amma biz, necə deyərlər, yetkin insanlarıq, hər şeyi başa düşürük. Ona görə də bütün bunları qaydaya saldıq”, - Prezident deyib
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova "Sherg.az"a deyib ki, ABŞ Prezidenti Donald Tramp hələ seçki kampaniyası zamanı ciddi struktural təşkilatı dəyişiklik edəcəyi və ayrılmış xarici yardımların auditini aparacağı planını dəfələrlə bildirirdi:

"O, USAİD-i də tənqid edir və bildirirdi ki, agentlik ABŞ vergi ödəyicilərinin vəsaitlərini bütün dünyada ölkənin maraqlarına xidmət etməyən layihələrə xərcləyir. Tramp administrasiyasının məqsədi odur ki, xərclər "Birinci Amerika" xarici siyasətinə uyğun bölüşdürülməni təmin etmək üçün nəzərdən keçirilsin. Budur, USAID-in ən gülməli xərclərinin siyahısı dərc edildi. Tənqidi və ya özləri kimi qərəzli yanaşacağımızı sanmadan məlumatı heç yerdən deyil, elə Ağ Evin saytından bildirək ki, “USAID faktiki olaraq kök salmış bürokratların gülünc və bir çox hallarda zərərli layihələrinə külli miqdarda pul köçürdü, onilliklər ərzində vergi ödəyiciləri ilə hesablaşa bilmədi”. Həmçinin agentlik yüz minlərlə dolları müəyyən edilmiş terror təşkilatları ilə əlaqəli olaraq qeyri-kommersiya təşkilatı işlər üçün sərf edib.
Donald Trampdan başqa onun federal xərclərin və proqramların azaldılmasını həyata keçirən milyarder İlon Mask da söylədi ki, USAİD-in işi “inanılmaz dərəcədə siyasi baxımdan qərəzlidir” və “düzəldilə bilməz”".
Politoloq əlavə edib ki, dövlətimizin bu təşkilata yanaşması cənab Prezident İlham Əliyevin fikirlərindən bəlli olur:
"Heç bir tərəf, qurum, aktor cəmiyyətimizi kirli məqsədləri üçün istifadə edə bilməz. Mahiyyəti sırf qərəz, birtərəfli, haqsız yanaşmadır. Məhz dövlətləri, cəmiyyətləri pulla ələ almaq yolunu tutaraq bu vasitə ilə də onların boynuna nəzarət, diktə ipi dolamağa çalışan, qarşılarında borcluya, boyundurağa çevirməyə cəhd edən istənilən aktorun, təsisatın çöküşü yalnız müsbət dəyərləndirilməlidir. Ümumiyyətlə USAİD-in bağlanması ABŞ-Azərbaycan münasibətlərinə vurulmağa cəhd edilən maneələrdən birinin aradan qaldırılması da olduğundan bu, cığırların təmizlənməsi deməkdir".
Oxşar xəbərlər
Azərbaycan - Özbəkistan münasibətləri çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilir -ANALİZ
12:09 24.08.2026
İsmail Cingöz: İlham Əliyevin Özbəkistan səfəri Türk dünyasının gələcək siyasi və iqtisadi quruluşu baxımından strateji əhəmiyyət daşıyır
09:21 24.08.2026
Həm Özbəkistan, həm də Azərbaycan üçün çox böyük və mühüm bir mərhələ başlayır -Şərh
21:44 23.08.2026
Xəbər lenti
Hamısına bax
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya
Suriyada partlayış olub, ölən və yaralananlar var
15:43 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm