
Politoloq: Qarşıdakı dövrdə sülhün imzalanması mümkün görünmür
09:48 04.02.2025
Siyasət
444
Ermənistan hələ bir neçə il məsələnin həlli haqqında siyasi iradə nümayiş etdirməyəcək
2025-ci ildə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalana bilər.
Bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan deyib.
“İl ərzində sülh müqaviləsinin imzalanmasını mümkün hesab edirik, buna görə də səylərimizi davam etdiririk. Son zamanlar həm baş nazir, həm də xarici işlər naziri bu proseslərə toxunub. Burada bircə onu təsdiq edə bilərəm ki, həqiqətən də sülh sazişinin yekunlaşdırılmasına çox yaxınıq”, - nazir müavini bildirib.
Həmçinin Ovannisyan qeyd edib ki, delimitasiya prosesinin irəli aparılması üçün də müsbət dinamika var:
“Kommunikasiyaların (nəqliyyat yollarının) açılması ilə bağlı yanaşmalarımız da konstruktivdir, bunlar sabit sülhə nail olmaq məqsədi daşıyır”.
Politoloq Sahil Kərimli "Sherg.az"a bildirib ki, Ermənistan siyasi rəhbərliyinin son günlər bir-birinə zidd reallıqdan uzaq verdiyi açıqlamalar sülh müqaviləsi danışıqlarına ciddi zərbələr vurur:

"Ermənistan bu kimi fikirlərlə dünya ictimaiyyətini manipulyasiya etməyə və çaşdırmağa çalışırlar. Lakin reallıqda rəsmi İrəvanın sülh prosesinə konkret mane olduğunu görürük. Həmçinin bu istiqamətdə real və əməli addımlardan çox uzaqda olduğunun şahidi oluruq. Eyni zamanda Azərbaycanın haqlı və ədalətli tələbləri var. Sülh müqaviləsi o zaman imzalana bilər ki, Ermənistan ərazi iddialarından rəsmi şəkildə vaz keçməlidir. Üstəlik, konstitusiyasında dəyişiklik etməlidir. Bütün bunlarla yanaşı, Ermənistan ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı müraciətdə də bu gün qeyri-konstruktiv mövqe nümayiş etdirir. Məhz 2020-ci ilin 10 noyabr bəyannaməsində İrəvan Zəngəzur dəhlizinin açılması barədə öz üzərinə öhdəlik götürsə də, indiyə kimi yerinə yetirmir. Lakin bu, Azərbaycanın əsas tələblərindəndir. Hansı ki, ölkəmizin bir hissəsi ilə digər hissəsini - Naxçıvanı birləşdirəcək maneəsiz yolun çəkilməsi əsas hədəflərdən biridir".
Politoloq vurğulayıb ki, Ermənistan heç də sülh müqaviləsi imzalamaq istəmir:
"Əgər bunun əksi olsaydı, ABŞ və digər Qərb ölkələri ilə hərbi əməkdaşlıq sahəsində addımlar atmazdı. Xüsusilə də, Avropa İttifaqının "missiyasının" fəaliyyətinin 2027-ci ilə qədər uzadılmasına razılıq verməzdi. Ermənistan hələ bir neçə il məsələnin həlli haqqında siyasi iradə nümayiş etdirməyəcək. Ümumilikdə qarşıdakı dövrdə iki ölkə arasında sülhün imzalanması mümkün görünmür".
Oxşar xəbərlər
Azərbaycan - Özbəkistan münasibətləri çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilir -ANALİZ
12:09 24.08.2026
İsmail Cingöz: İlham Əliyevin Özbəkistan səfəri Türk dünyasının gələcək siyasi və iqtisadi quruluşu baxımından strateji əhəmiyyət daşıyır
09:21 24.08.2026
Həm Özbəkistan, həm də Azərbaycan üçün çox böyük və mühüm bir mərhələ başlayır -Şərh
21:44 23.08.2026
Xəbər lenti
Hamısına bax
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya
Suriyada partlayış olub, ölən və yaralananlar var
15:43 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm