Mirzoyan: Cənubi Qafqazda yeni mərhələ başlanır

Dünyada sülhə böyük tələbatın olduğu bir dövrdə Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunması istiqamətində əhəmiyyətli addımlar atılır.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “X”-də yazıb.
"Sülh sazişinin imzalanması və ratifikasiyası Cənubi Qafqaz regionunda yeni bir dövrün, sülh və əməkdaşlıq mərhələsinin başlanmasına zəmin yaradacaq,"- o qeyd edib.