Paşinyan təhdid edildi: Ermənistan inqilablar düşərgəsinə çevriləcək
10:18 04.06.2025
Cənubi Qafqaz
348
“Arxiyepiskop Baqrat Qalstanyanın hansı ökənin agenti olduğu araşdırılmalıdır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamenti sədrinin müavini Ruben Rubinyan deyib.
“Arxiyepiskop Baqrat Qalstanyan xarici qüvvələrin ona Nikol Paşinyan yenidən seçiləcəyi təqdirdə Ermənistanın narkotik və çirkli pulların yuyulma mərkəzinə, ailə modelinin məhv edildiyi məkana və sairə çevriləcəyi barədə məlumat çatdırdığını bildirib. Həmçinin o, Ermənistanın “xarici qüvvələrin rəngli inqilablar düşərgəsi”nə çevriləcəyini söyləyib.
Əgər “müqəddəs ata” doğru deyirsə, deməli, xarici qüvvələrin təsir agentidir. Əgər belə olduğu ortaya çıxarsa, onun hansı qüvvələrin agenti olduğunu dərhal araşdırmaq lazımdır, həmçinin bütün ermənilərin katolikosu II Qareginin bu məsələ ilə hansı əlaqəsinin olduğunu öyrənmək lazımdır. Ümid edirəm ki, o, arxiyepiskopun sözlərini aydınlaşdıracaq”, - vitse-spiker bildirib.
Rubinyan arxiyepiskop Mikayel Ajapaxyanın Nikol Paşinyan hökumətinə yönəlik təhdidinə də diqqət çəkib:
“Təxminən ilyarım əvvəl başqa bir arxiyepiskop Mikayel Ajapaxyan bəyan etmişdi ki, Ermənistanda hərbi çevriliş edilməlidir. O zaman bunu ciddi qəbul etmirdim, belə düşünürdüm ki, “müqəddəs ata” sadəcə olaraq əqli cəhətdən balanssızdır. Amma Baqratın etirafından sonra sual yaranır: bəlkə də arxiyepiskop Mikayel də xarici qüvvələr tərəfindən belə bir çağırışa təkid edilib. Bunu aydınlaşdırmaq lazımdır. Ümid edirəm ki, II Qaregin buna aydınlıq gətirəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi