Zaxarova: Qardaş Ermənistanın çiçəklənməsini istəyirik

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə Ermənistan rəsmilərinin Moskvanın ölkə müxalifəti və erməni kilsəsi ilə əlaqələrinə dair bəyanatlarını şərh edib.
Teleqraf xəbər verir ki, o, bunu “Rusiyaya qarşı dəhşətli informasiya kampaniyası” adlandırıb.
“Bu, Ermənistana qarşı dəhşətli informasiya kampaniyasıdır və cəmiyyəti parçalayır. Rusiyanın adının niyə bu məsələlərdə hallandırıldığını başa düşmürəm. Əslində, Moskva səmimi şəkildə qardaş Ermənistanın sabitliyində maraqlıdır və onu çiçəklənən, inkişaf edən ölkə kimi görmək istəyir. Belə bir ölkə Rusiya üçün də faydalıdır”, - Rusiya rəsmisi bildirib.