Gürcüstan parlamenti “MEGOBARI Aktı”na cavab olaraq xüsusi bəyanat qəbul edəcək
09:11 13.05.2025
Cənubi Qafqaz
344
Gürcüstan parlamenti ABŞ Nümayəndələr Palatasının dəstəklədiyi “MEGOBARI Aktı”na cavab olaraq xüsusi bəyanat qəbul edəcək.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə parlamentin spikeri Şalva Papuaşvili bildirib.
Onun sözlərinə görə, parlamentin sədrinin, “Gürcü Arzusu” fraksiyasının liderlərinin, həmçinin parlamentdəki siyasi qrupların təşəbbüsü ilə hazırlanmış layihə artıq parlamentə təqdim olunub və baxılması üçün Xarici Əlaqələr Komitəsinə göndərilib. Onun müzakirəsi sabahkı sessiyanın gündəliyinə salınıb.
"Bu gün ictimaiyyət Baş nazirin ABŞ prezidentinə məktubunu gördü. Bu məktub digər məsələlərlə yanaşı, "MEQOBARI Aktı”na da aiddir. Eyni zamanda, parlament fraksiyasının və siyasi qrupların iştirakı ilə bu "MEQOBARI Aktı”na aid olan parlament bəyanatı hazırlanıb. Bəyanatda bu aktla bağlı qiymətlərimiz və cavabımız öz əksini tapıb. Bəyanatda "MEGOBARI Aktı”nın (“Dost” aktı) adı da dəyişdirilib. Orada gördüklərimiz dostluqdan başqa hər şey idi. Bu, təkcə yalan faktlara əsaslanmır, həm də mahiyyətində Gürcüstanda mövcud olan reallığın təhrifidir. Məqsədimiz hər kəsə reallığın nə olduğunu göstərmək və arqumentlərə və sərt faktlara əsaslanaraq qiymətləndirməmizi etməkdir” - deyə Şalva Papuaşvili bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Venesuelada dövlət neft şirkətinin müəssisəsində yanğın baş verib
19:48 15.05.2026
Dünya
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2951-ə çatdı
19:40 15.05.2026
Dünya
CENTCOM: ABŞ Hörmüz boğazında 75 ticarət gəmisini saxlayıb
19:33 15.05.2026
Dünya
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm