Kavelaşvilinin Ermənistan səfərinin PƏRDƏARXASI
12:22 28.04.2025
Cənubi Qafqaz
361
Sahil Kərimli: Gürcüstan Prezidenti İrəvanda keçiriləcək görüşlərdə Bakının mövqeyinə önəm verəcək
Gürcüstan prezidenti Mixail Kavelaşvili nümayəndə heyəti ilə birlikdə bu gün Ermənistana rəsmi səfər edəcək.
Bu barədə Prezident administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Kavelaşvilini Zvartnots beynəlxalq hava limanında Ermənistan baş nazirinin müavini Tiqran Xaçaturyan qarşılayacaq.
Səfər çərçivəsində Mixeil Kavelaşvili həmkarı Vaaqn Xaçaturyanla təkbətək və geniş tərkibdə görüş keçirəcək, daha sonra tərəflər mətbuata birgə bəyanat verəcəklər.
Mixail Kavelaşvili Ermənistanın baş naziri Nikol Paşinyan və bütün ermənilərin katolikosu II Qareginlə də görüşəcək.
Gürcüstan nümayəndə heyətinə Mixeil Kavelaşvilinin Administrasiyasının rəhbəri Ketevan Kvinikadze, xarici işlər nazirinin müavini Laşa Darsaliya, Gürcüstan parlamenti sədrinin birinci müavini Giorgi Volski, deputatlar Samvel Manukian, Sumbat Kiuregiani və prezidentin xarici işlər üzrə müşaviri Luka Exvaia daxildir.
Politoloq Sahil Kərimli Sherg.az-a deyib ki, Gürcüstan Prezidentinin Ermənistana səfəri zamanı bölgədəki iqtisadi-siyasi proseslər və Cənubi Qafqazın mövcud vəziyyəti əsas müzakirə mövzularından olacaq:
"Xüsusilə Gürcüstan-Ermənistan münasibətləri fonunda Bakı və İrəvan arasında sülh sazişinin imzalanması, bölgədə daimi sülhün və təhlükəsizliyin təmin olunması, nəqliyyat-kommunikasiya xətlərinin açılması kimi məsələlər diqqət mərkəzinə çıxacaq. Bir müddət öncə Gürcüstan Prezidenti Azərbaycana səfər etmiş və orada da önəmli məsələlər ətrafında danışıqlar aparılmışdı. Hazırkı səfər, Kavelaşvilinin Azərbaycanla apardığı danışıqların davamı kimi qiymətləndirilir. Gürcüstan Prezidenti İrəvanda keçiriləcək görüşlərdə Bakının mövqeyinə önəm verəcək.
Bölgənin nəqliyyat və logistika layihələrində fəal iştirak edən Gürcüstan, idxal-ixrac proseslərində də mühüm rol oynayır. Bu baxımdan Tiflisin yanaşması və mövqeyi artıq formalaşıb. Ermənistanla keçiriləcək danışıqlarda bu məsələlər ətrafında geniş fikir mübadiləsi aparılacağı gözlənilir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İran nefti daşıyan tankeri ələ keçirib
16:47 23.04.2026
Dünya
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb
16:46 23.04.2026
Hadisə
“İran xalqı mənim hakimiyyətə gəlməyimi istəyir” - Rza Pəhləvi
16:34 23.04.2026
Gündəm
Metroda qatarların ənənəvi qrafiklə hərəkəti tam bərpa olunub
15:53 23.04.2026
Sosial
"Qalatasaray" Türkiyə Futbol Federasiya ilə bütün əlaqələri kəsdi
14:53 23.04.2026
Futbol
Belqradda Azərbaycanın şahmat pavilyonu açılıb
14:45 23.04.2026
Dünya
Ermənistanda hakimiyyət dəyişsə də MÜHARİBƏ OLMAYACAQ - ANALİZ
14:23 23.04.2026
Gündəm
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
14:04 23.04.2026
Siyasət
Paşinyan Anna ilə barışdı: "Daha bir şansımın olduğuna görə şadam”
13:45 23.04.2026
Gündəm
Nikol Paşinyan: Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq
13:44 23.04.2026
Gündəm
Zaxarova Xəzər dənizində müharibə xəbərdarlığı etdi
13:30 23.04.2026
Gündəm
Nino Tsilosani: Gürcüstan müharibə ilə hədələnir
13:19 23.04.2026
Region