
Müxalifətin Paşinyanı impiçment etməyə potensial gücü və imkanları yoxdur -Analitik
11:46 30.04.2025
Cənubi Qafqaz
465
Bir neçə gün öncə sabiq səfir Edqar Qazaryan və “Veto” hərəkatının rəhbəri Narek Malyan Ermənistan Baş naziri Nikol Paşinyana qarşı impiçment prosesinin başlanması üçün 107 parlamentariyə məktub göndərib. Layihənin parlamentin müzakirəsinə çıxarılması üçün 36 deputatın imzası lazımdır.
Bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Parlamentdə həmçinin heç bir fraksiya üzvü olmayan 5 deputat var: “Şərəfim Var” blokunu tərk etmiş İşxan Zakaryan, “Ermənistan” blokunun keçmiş üzvü Qeqam Nazaryan və hakim “Vətəndaş Müqaviləsi” Partiyasından xaric edilmiş, yeni partiya yaradan Ovik Ağazaryan və Akop Aslanyan. Sonuncular yeni partiyanın təsis qurultayını gözləyirlər.
Ağazaryan nəşrə bildirib ki, impiçment təşəbbüsünə qoşulmayacaqlar:
“Bu kontekstdə yeni yaradılmış partiyamızın yanaşmalarında heç bir dəyişiklik yoxdur, Serj Sərkisyan və Robert Köçəryanın ətrafında toplanmış qüvvələrə qoşulmuruq”.
Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü Sherg.az-a bildirib ki, Paşinyanın hakimiyyətə gələndən sonra Köçəryan, Sarkisyan və digər qruplar ona qarşı aktiv hərəkətə keçdilər:

"Təsadüfi deyil ki, Ermənistan Baş nazirinə qarşı müxtəlif təzyiqlər, mitinqlər, təhdid üsulları, hətta onun oğluna fiziki hücumlar da tətbiq olundu. Lakin Paşinyan bunların heç birində geri durmadı. Eyni zamanda Ermənistan parlamentində impiçment məsələsi zaman-zaman gündəmə gəlsə də, nəticə verməyib. Çünki müxalifətin potensial gücü və imkanları yoxdur. Amma bütün bunlara baxmayaraq yenə də həmin qüvvələr mövqeyindən dönmür və təslim olmurlar. Həmçinin müəyyən yollarla Ermənistandakı bitərəf, o cümlədən digər deputatları da özlərinə qoşaraq Paşinyanın impiçment prosesini gerçəkləşdirmək istəyirlər. Hazırda bu, real görünmür. Çünki Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" Partiyasındakı deputatların sayı qarşı tərəfə bunu etməyə imkan vermir".
Şərhçi vurğulayıb ki, nəzəri olaraq, Paşinyanın hakimiyyətdən getməsini təsəvvür etsək, əslində Ermənistan üçün indiki halda real və parlaq namizəd görünmür:
"Lakin hər halda sürpriz namizəd də son anda ortaya çıxa bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda iki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ
17:00 23.04.2026
Ekologiya
ABŞ İran nefti daşıyan tankeri ələ keçirib
16:47 23.04.2026
Dünya
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb
16:46 23.04.2026
Hadisə
“İran xalqı mənim hakimiyyətə gəlməyimi istəyir” - Rza Pəhləvi
16:34 23.04.2026
Gündəm
Metroda qatarların ənənəvi qrafiklə hərəkəti tam bərpa olunub
15:53 23.04.2026
Sosial
"Qalatasaray" Türkiyə Futbol Federasiya ilə bütün əlaqələri kəsdi
14:53 23.04.2026
Futbol
Belqradda Azərbaycanın şahmat pavilyonu açılıb
14:45 23.04.2026
Dünya
Ermənistanda hakimiyyət dəyişsə də MÜHARİBƏ OLMAYACAQ - ANALİZ
14:23 23.04.2026
Gündəm
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
14:04 23.04.2026
Siyasət
Paşinyan Anna ilə barışdı: "Daha bir şansımın olduğuna görə şadam”
13:45 23.04.2026
Gündəm
Nikol Paşinyan: Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq
13:44 23.04.2026
Gündəm
Zaxarova Xəzər dənizində müharibə xəbərdarlığı etdi
13:30 23.04.2026
Gündəm
Nino Tsilosani: Gürcüstan müharibə ilə hədələnir
13:19 23.04.2026
Region