COP29 Azərbaycana dünya dövlətlərinin rəğbətini artırıb - Azər Allahverənov
Yusif Nəzərli
10:45 11.11.2024
COP29
651
Paytaxtımız dünya miqyaslı, bəşəriyyətin xilasına yönəlmiş mötəbər bir tədbirdə ev sahibliyi edir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı artıq işə başlayıb.
COP29-un ilk iş günü barədə fikrini bildirən Milli Məclisin deputatı, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, COP29 tədbirinin Bakıda keçirilməsi, Azərbaycanın bütövlükdə bu mötəbər tədbirə ev sahibliyi etməsi olduqca mühüm hadisədir:
- Ümumplanetar mahiyyət kəsb edən belə bir tədbirin Azərbaycanda keçirilməsi, həqiqətən də, qürurverici və şərəfli hadisədir. Olduqca vacib məsələ həm də onunla bağlıdır ki, Azərbaycan hökuməti də “yaşıl enerji”yə keçid sahəsində mühüm işlərə imza atıb. Azərbaycanın bu istiqamətdə böyük uğurları var. Bunu dəyərləndirən BMT-nin iqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının təşkilat komitəsi COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərar qəbul etdi. Bu, doğrudan da bizi sevindirir. Azərbaycan vətəndaşları bununla fəxr edir. Bütövlükdə götürsək, Azərbaycan bu tədbirin keçirilməsi ilə bağlı 11 ay ərzində çox vacib işlər həyata keçirib. Təəssüflər olsun ki, Azərbaycanın imicinin, reputasiyasının yüksək olması bizə dost olmayan bəzi qüvvələr tərəfindən xoş qarşılanmadı. Burada 2 hədəf vardı. Onlar müxtəlif siyasi oyunlarla çalışırdılar ki, Azərbaycanın nüfuzuna maksimum dərəcədə xələl gətirsinlər. Onlar karbohidrogen resurslarına malik Azərbaycanın COP-29-a ev sahibliyi etmək missiyası ilə üst-üstə düşmədiyini iddia etməyə və boykot yolunu tutmağa çalışırdılar. Lakin bu tədbirin keçirilməsini boykot etmək yolu tutanlar fiaskoya uğradılar. Çünki COP29 bütün dövlətlərin maraqlarına cavab verən tədbirdir və burada iqlim dəyişikliyi müzakirə olunmalıdır. Eyni zamanda Azərbaycanın əsas hədəfinin karbohidrogen ehtiyatlarından əldə edilən gəlirin “yaşıl enerji”yə sərf edilməsi dünya dövlətləri tərəfindən müsbət qiymətləndirilir. Paris Sazişindən irəli gələn müddəaların yerinə yetirilməsi də Azərbaycana dünya dövlətlərinin rəğbətini artırıb. İnkişaf etmiş dövlətlərin bəzi dairələri tərəfindən Azərbaycana olan hücumların qarşısı dövlətimiz tərəfindən layiqincə alındı. Və COP29 kimi dünya əhəmiyyətli, mötəbər bir tədbir Azərbaycanda artıq öz işinə başlayıb. Əminəm ki, COP29 çərçivəsində iqlim dəyişiklikləri ilə bağlı müsbət qərarlar qəbul olunacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada bloger Hüseyn Həsənova 4 il qiyabi hökm oxunub
15:25 04.08.2026
Hadisə
Bəzi rayonlarda sabah qaz olmayacaq
14:44 04.08.2026
İnfrastruktur
Xəstəxanaya getmədən pulsuz tibbi xidmət almaq mümkün olacaq
14:28 04.08.2026
Sağlamlıq
Göz yaşının sirri açıqlandı: İnsan üç fərqli növ göz yaşı tökür
14:19 04.08.2026
Cəmiyyət
İranda ikibaşlı hakimiyyət özünü açıq şəkildə göstərir - ŞƏRH
13:26 04.08.2026
Gündəm
Ərdoğan YAŞ toplantısı öncəsi Anıtkabiri ziyarət etdi
12:58 04.08.2026
Gündəm
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
12:57 04.08.2026
Gündəm
ABŞ-nin İranla mümkün saziş üçün tələbləri açıqlandı
12:50 04.08.2026
Gündəm
Azərbaycan və İsveçrənin XİN rəhbərləri görüşdü - YENİLƏNİB
12:45 04.08.2026
Siyasət
Sabah 39 dərəcə isti olacaq
12:40 04.08.2026
Ekologiya
Naxçıvanda hiss edilən zəlzələ olub
12:36 04.08.2026
Hadisə
Ötən gün 30 cinayətin açılması təmin olunub
12:30 04.08.2026
Hadisə
Bu qəsəbədə bütün sakinlər eyni binada yaşayır
12:27 04.08.2026
Dünya