COP29 Çağrı Mərkəzi fəaliyyətə başlayıb
12:53 01.11.2024
COP29
518
COP29 konfransına hazırlıq proseslərinin tamamlanması ərəfəsində konfrans iştirakçıları üçün məlumat dəstəyinin təmin edilməsi məqsədilə COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən yaradılan COP29 Çağrı Mərkəzi fəaliyyətə başlayıb.
APA xəbər verir ki, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətindən bildirilib.
COP tədbirləri tarixində ilk dəfə məhz COP29 konfransı üçün yaradılmış Çağrı Mərkəzinin məqsədi tədbirin təşkilati və texniki aspektləri, eləcə də COP29-da iştirakla bağlı müxtəlif istiqamətlərdə məlumat sorğularının operativ idarə edilməsi və əlçatan və əhatəli məlumatların çatdırılması ilə maneəsiz və rahat COP29 ziyarətçi təcrübəsinin təmin edilməsidir.
Noyabrın 1-dən fəaliyyətə başlayan Çağrı Mərkəzi akkreditasiya və Yaşıl Zona biletləri, nəqliyyat, qonaqlama xidmətləri, sağlamlıq, təhlükəsizlik, logistika kimi bir sıra mövzularda müxtəlif sorğuların cavablandırılması ilə yanaşı, tədbir və əlaqəli məkanlarda əlçatanlıq xidmətləri haqqında məlumatlandırmaqla dəstək göstərəcək.
Çağrı Mərkəzi ənənəvi zəng xidməti ilə yanaşı, müxtəlif rəqəmsal platformalar vasitəsilə də əlaqə yaratmaq imkanını təklif edir. Belə ki, COP29 konfransı ilə əlaqədar hər hansı sualı olan şəxslər COP29-un rəsmi internet səhifəsi üzərindən canlı çat, WhatsApp və Telegram üzərindən birbaşa əlaqə və ya yerli zənglər üçün ödənişsiz olan *1029 qısa nömrəsinə zəng edərək məlumat ala bilərlər. Bundan əlavə, ilkin mərhələdə Çağrı Mərkəzi həmçinin İnteraktiv Səsli Cavab Sistemi (İVR) və Chatbot kimi özünəxidmət vasitələri ilə də məlumatlandırma xidmətlərini göstərəcək.
Çağrı Mərkəzinin iş qrafiki:
● 1 noyabr – 03 noyabr: 08:00-dan 20:00-dək
● 04 noyabr – 23 noyabr: 24/7 fasiləsiz xidmət
● 24 noyabr – 30 noyabr: 08:00-dan 20:00-dək
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hayk Koncoryan Ermənistan Parlamentinin vitse-spikeri seçilib
17:41 04.08.2026
Region
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
17:31 04.08.2026
Sağlamlıq
Qazaxıstan Prezidenti Ermənistana səfər edəcək
17:19 04.08.2026
Dünya
Tanınmış jurnalist tarixçilərə təşəkkür etdi
17:18 04.08.2026
Elm və Təhsil
ATƏT tarixinin ən mürəkkəb mərhələlərindən birini yaşayır - ŞƏRH
17:13 04.08.2026
Gündəm
Gürcüstan və ADB arasında 250 milyon dollarlıq saziş imzalanıb
17:03 04.08.2026
Region
"Naxçıvanda minlərlə dövlət qulluqçusu artıq yükdür" - Heydər Oğuz
16:47 04.08.2026
Aktual
"Barselona" Xulian Alvaresin transferində israrlıdır
16:36 04.08.2026
Futbol
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqləyib
16:32 04.08.2026
Dünya
Rusiyada bloger Hüseyn Həsənova 4 il qiyabi hökm oxunub
15:25 04.08.2026
Hadisə
Bəzi rayonlarda sabah qaz olmayacaq
14:44 04.08.2026
İnfrastruktur
Xəstəxanaya getmədən pulsuz tibbi xidmət almaq mümkün olacaq
14:28 04.08.2026
Sağlamlıq
Göz yaşının sirri açıqlandı: İnsan üç fərqli növ göz yaşı tökür
14:19 04.08.2026
Cəmiyyət