COP29-da Azərbaycan və Çin şirkətləri arasında yaşıl avtomobil sahəsində əməkdaşlıq sazişi imzalanıb
11:10 15.11.2024
COP29
454
COP29 konfransı çərçivəsində Azərbaycan Povilyonunda NIO Çin şirkəti tərəfindən elektrik avtomobillərin gələcəyi mövzusunda təqdimat tədbiri təşkil olunub.
APA-nın xəbərinə görə, tədbirdə Azərbaycan Respublikası energetika nazirinin müavini, COP29-un Azərbaycan üzrə baş icraçı direktoru Elnur Soltanov, Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Umayra Tağıyeva, Çin Xalq Respublikasının Ekologiya və Ətraf Mühit Nazirinin müavini Çjao Yinmin, COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçısı Nərmin Carçalova, Azərbaycanlı Deputat Elnur Soltanov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Elnur Soltanov dünyanın ənənəvi telefonlardan ağıllı telefonlara keçid edildiyi kimi, tədricən qalıq yanacağı ilə işləyən avtomobillərdən də elektrik avtomobillərinə keçid ediləcəyini bildirib.
Daha sonra söz alan çinli nazir müavini COP29-un uğurla başa vurulmasına dair arzularını çatdırıb. O, Çinin iqlim dəyişmələri sahəsində aktiv addımlar atdığını, qlobal miqyasda istifadə üçün elektriklə işləyən avtomobillərin istehsalı sahəsində aktiv işlədiyini qeyd edib: “Çin ötən il 10 milyondan çox elektrik avtomobili istehsal edərək dünyada bu sahədə liderliyini təmin edib.”
Daha sonra Azərbaycan tərəfindən “GreenCar” və Çin tərəfindən NIO şirkəti arasında yaşıl avtomobil sahəsində əməkdaşlıq sazişi imzalanıb.
Qeyd edək ki, əsası 2014-cü ildə Çinin Şanxay şəhərində qoyulan NIO şirkəti dayanıqlı, ağıllı elektrik avtomobillərinin istehsalı ilə məşğuldur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazının bağlanmasının ağır nəticələri açıqlandı
21:55 02.06.2026
İqtisadiyyat
Tramp: ABŞ və İran arasında danışıqlar fasiləsiz aparılır
21:43 02.06.2026
Gündəm
“Ən yaxşı baş rol” mükafatı aldı
21:32 02.06.2026
Şou
Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə oldu
20:38 02.06.2026
Gündəm
Bakıda güclü külək binanın fasadını uçurtdu - FOTO
20:29 02.06.2026
Hadisə
Ceyhun Bayramov kanadalı həmkarı ilə müzakirə aparıb
20:16 02.06.2026
Gündəm
Əfqanıstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib
19:41 02.06.2026
Gündəm
Rubio ABŞ və İran arasında razılaşma perspektivini görür
19:17 02.06.2026
Gündəm
Məsud Pezeşkian Prezident İlham Əliyevə təbrik məktubu göndərib
19:09 02.06.2026
Gündəm
İran mediası: Tehran Vaşinqtonla mesaj mübadiləsini dayandırıb
19:00 02.06.2026
Gündəm
NATO-da böyük sürpriz: Tramp Ankaraya gəlməyi planlaşdırır
18:51 02.06.2026
Gündəm
Kreml: London Avropanı Rusiya ilə qarşıdurmaya sürükləyir
18:41 02.06.2026
Gündəm
Bakıda birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçirilib
18:35 02.06.2026
Gündəm