COP29-da ekoloji hüquq sahəsində məhkəmə təcrübəsi ilə bağlı panel keçirilib
Yusif Nəzərli
06:22 20.11.2024
COP29
338
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) çərçivəsində "İqlim dəyişikliyi və məhkəmələr: İqlim mühakiməsi üzrə məhkəmə perspektivləri" mövzusunda keçirilən rəsmi yan tədbirində panel təşkil olunub.
Ali Məhkəmədən APA-ya verilən məlumata görə, panelə Ali Məhkəmə sədrinin müavini Çingiz Əsgərov sədrlik edib.
Çingiz Əsgərov Azərbaycanda ekoloji hüquq sahəsində məhkəmə təcrübəsi və ölkəmizin beynəlxalq səviyyədə atdığı addımlar barədə tədbir iştirakçılarına məlumat verib.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Konstitusiyasında sağlam ətraf mühitdə yaşamaq hüququ təsbit olunub, müvafiq qanunlarda və digər normativ-hüquqi aktlarda bu hüququn həyata keçirilməsi qaydası və təminatları müəyyən edilib.
Çingiz Əsgərov həmçinin ətraf mühitlə bağlı milli məhkəmələrin hökm və qərarlarının əhəmiyyətini qeyd edib və bu sahədə beynəlxalq tribunalların presedent hüququnun inkişafına töhfə verdiyini vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kobaxidze: Ermənistan Bakı-Tbilisi-Qars dəmir yoluna qoşula bilər
18:00 02.06.2026
Gündəm
Madyar: Mənim dövrümdə Ukraynaya silah verilməyəcək
17:17 02.06.2026
Gündəm
Sudan lideri Prezident İlham Əliyevə təbrik ünvanlayıb
17:12 02.06.2026
Gündəm
Avropa İttifaqı Ermənistana 2,2 milyon avro verəcək
16:53 02.06.2026
Gündəm
ABŞ Dövlət katibinin köməkçisi Şəhidlər xiyabanını ziyarət edib
16:39 02.06.2026
Gündəm
Gürcüstan Baş naziri: Azərbaycanla tarixi uğura imza atdıq
16:12 02.06.2026
Cənubi Qafqaz
NATO: Artıq ABŞ-dən asılı deyilik
15:57 02.06.2026
Dünya
Minimum əmək haqqı 1 həftəyə ancaq çatar -RƏY
15:50 02.06.2026
Sosial
Ermənistanda Samvel Karapetyana qarşı iş açılıb
15:37 02.06.2026
Cənubi Qafqaz