COP29-da Mədəniyyət əsaslı İqlim Fəaliyyəti sahəsində 2-ci Yüksək Səviyyəli Nazirlər Dialoqu keçirilib
10:55 15.11.2024
COP29
370
COP29 çərçivəsində Mədəniyyət əsaslı İqlim Fəaliyyəti sahəsində 2-ci Yüksək Səviyyəli Nazirlər Dialoqu keçirilib.
APA xəbər verir ki, tədbirdə iqlim dəyişikliyinin təkcə ekoloji deyil, həm də mədəniyyət əsaslı problem olduğu bildirilib. Eyni zamanda qeyd olunub ki, qlobal istiləşmənin yaratdığı fəsadlar tarixi-mədəni irsə ciddi şəkildə ziyan vurub. Bu ziyan nəticəsində Türk Dünyasının bir çox ölkələrində tarixi abidələr, mədəni irs məhv olmaq təhlükəsi ilə üzləşib.
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli bəyan edib ki, COP29 tərəflərə həm iqlim dəyişikliyi, həm də mədəniyyət sahəsində əməkdaşlığı daha da genişləndirməyə imkan verir: "Bildiyiniz kimi, beynəlxalq ictimaiyyət COP29-un Azərbaycanda keçirilməsini dəstəkləyib. Biz özümüzün "Yaşıl enerji" gündəliyimizi inkişaf etdirməkdə maraqlıyıq. Bu tədbir bizə həm iqlim dəyişikliyi, həm də mədəniyyət sahəsində əməkdaşlığı daha da genişləndirməyə imkan verir. Hazırda biz Dubay gündəliyinin uğurla davam etdirilməsi məqsədlərinə sadiqik. Eyni zamanda ölkəmiz UNESCO, ISESCO və digər beynəlxalq təşkilatlarla əməkdaşlığızı davam etdiririk. Mədəniyyət pozitiv iqlim gündəliyinin irəlilədilməsində olduqca böyük əhəmiyyətə malikdir. Biz tarixən malik olduğumuz ənənələrin daha da inkişaf etdirilərək yayılmasında maraqlıdır".
BƏƏ-nin mədəniyyət naziri Səlim bin Xalid Əl Qassimi isə bildirib ki, ölkəsi dünya miqyasında mədəni irsin qorunması istiqamətində həyata keçirilən bütün fəaliyyətləri dəstəkləyir: "Ötən il biz həm G7, həm də BRICS çərçivəsində mədəni irsin müdafiəsi istiqamətində bir sıra təşəbbüslərin şahidi olduq. Bura həm mədəni adaptasiya, həm də sözügedən təşkilatların üzvləri arasında dialoq tədbirləri də daxildir. Bu gün biz son dərəcədə məmnunuq ki, burada iştirak edən ölkələr arasında mədəni irs sahəsində geniş əməkdaşlıq mövcuddur. Biz bütün xalqları və dövlətləri mədəni irs nümunələrinin qorunması istiqamətində səyləri intensivləşdirməyə çağırırıq".
Tədbir iştirakçılarına videomüraciəti yayımlanan Braziliyanın mədəniyyət naziri Marqaret Menezis mədəni irsin müdafiəsi üçün bütün resursların səfərbər edilməsini vacib sayıb.
O, həmçinin COP29-a ev sahibliyi edən Azərbaycanın zəngin mədəniyyəti barədə məlumatlı olduğunu diqqətə çatdırıb.
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy söyləyib ki, 2020-2023-cü illərdə ölkəmizin mədəni irs nümunələrinin iqlim dəyişikliyinə adaptasiyası üçün önəmli işlər görülüb:
"İqlim dəyişikliyi mədəni irsimizə ciddi təsir göstərir. Bu risk hər zaman mövcud olsa da son dövrlər daha da artıb. 2021-ci ildə Türkiyə Paris İqlim Razılaşmasının tərəflərindən birinə çevirib. 2020-2023-cü illərdə ölkəmizin mədəni irs nümunələrinin iqlim dəyişikliyinə uyğunlaşdırılması üçün bir sıra tədbirlər həyata keçirilib. Onu da qeyd etmək istəyirəm ki, Türkiyə həm COP29-un Azərbaycanda keçirilməsini dəstəkləyir və hər zaman Azərbaycanın yanındadır".
Özbəkistanın mədəniyyət və turizm naziri Ozodbek Nazarbekov isə deyib ki, iqlim dəyişikliyi ilə mübarizə inklüzivlik və həssas yanaşma tələb edir: "Kyoto Protokoluna imza atan tərəflər qlobal iqlim təşəbbüslərinə sadiq qalmalıdır. Özbəkistan bu sahədə irəli sürülən bütün ideyaları qətiyyətlə dəstəkləyir. Qloballaşan dünyada ədəni irsimizin iqlim dəyişikliyinin fəsadlarından müdafiəsi son dərəcə zəruridir. Ətraf mühitin, təbiətimizin qorunması məqsədilə ölkəmizdə ciddi maarifləndirmə işləri həyata keçirilir. Bu işlərin arasında maarifləndirici videoçarxların nümayişi, eləcə də ölkəmizin teatrlarında bu sahədə tamaşaların hazırlanması da daxildir. İqlim dəyişikliyi məsələsi bu sahədə mədəni forumların təşkilini də zəruri edir. Hesab edirəm ki, adət-ənələrimizi yeni dövrün tələblərinə uyğunlaşdırıb iqlim dəyişikliyi sahəsində önəmli fəaliyyətlər həyata keçirmək mümkündür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazının bağlanmasının ağır nəticələri açıqlandı
21:55 02.06.2026
İqtisadiyyat
Tramp: ABŞ və İran arasında danışıqlar fasiləsiz aparılır
21:43 02.06.2026
Gündəm
“Ən yaxşı baş rol” mükafatı aldı
21:32 02.06.2026
Şou
Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə oldu
20:38 02.06.2026
Gündəm
Bakıda güclü külək binanın fasadını uçurtdu - FOTO
20:29 02.06.2026
Hadisə
Ceyhun Bayramov kanadalı həmkarı ilə müzakirə aparıb
20:16 02.06.2026
Gündəm
Əfqanıstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib
19:41 02.06.2026
Gündəm
Rubio ABŞ və İran arasında razılaşma perspektivini görür
19:17 02.06.2026
Gündəm
Məsud Pezeşkian Prezident İlham Əliyevə təbrik məktubu göndərib
19:09 02.06.2026
Gündəm
İran mediası: Tehran Vaşinqtonla mesaj mübadiləsini dayandırıb
19:00 02.06.2026
Gündəm
NATO-da böyük sürpriz: Tramp Ankaraya gəlməyi planlaşdırır
18:51 02.06.2026
Gündəm
Kreml: London Avropanı Rusiya ilə qarşıdurmaya sürükləyir
18:41 02.06.2026
Gündəm
Bakıda birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçirilib
18:35 02.06.2026
Gündəm