COP29-da uşaqlar üçün iqlim fəaliyyətində investisiya adlı tədbir keçirilib
Yusif Nəzərli
11:14 16.11.2024
COP29
389
Bakının ev sahibliyi etdiyi COP29 tədbiri çərçivəsində “İqlim üzrə maliyyə boşluğunun aradan qaldırılması: Uşaqlar üçün iqlim fəaliyyətinə İnvestisiya" adlı tədbir keçirilib.
APA xəbər verir ki, UNICEF ilə birgə keçirilən tədbirdə çıxış edən spikerlər maliyyə boşluqlarının bağlanması və uşaqlar üçün iqlim fəaliyyətinin gücləndirilməsi məsələlərini müzakirə ediblər.
"Bu gün biz burada təkcə iqlim dəyişikliyinin uşaqlara necə təsir etdiyindən yox, həmçinin bizim bu xüsusda görə biləcəyimiz tədbirlərdən danışacağıq", - UNICEF-in Baş direktor müavini Kitty van der Heijden deyib.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iqlim üzrə yüksək səviyyəli lideri Nigar Arpadarai iqlim dəyişikliyinin və onun yaratdığı problemlərin müxtəlif sahələrdə uşaqların həyatına necə təsir etdiyi barədə danışıb.
UNICEF-in Bəlucistanın Hub şəhərindən olan iqlim dəyişikliyi üzrə çempionu, Pakistanı COP29-da təmsil edən ən gənc nümayəndələrdən biri olan Zunaira öz çıxışında bildirib ki, o, bütün uşaqların adından dayanıqlı gələcək tələb edir:
"Mən burada bütün dünya uşaqları adından dayanıram. Bizim təhlükəsiz, sabit və dayanıqlı bir gələcəyə ehtiyacımız var və buna layiqik. Sizdən uşaqları qoruyan, təhsilə üstünlük verən və iqlim fəaliyyətində sülhün vacibliyini tanıyan siyasətlərə önəm verməyinizi tələb edirik".
Almaniyanın Xarici İşlər Nazirliyində İqlim Xarici Siyasəti və Geoiqtisadiyyat Departamentinin rəhbəri Oliver Rentşler öz çıxışında xüsusilə, həssas qrupları dəstəkləyən yeni iqlim hədəflərindən danışıb:
"Uşaqların gələcəyi risk altındadır və iqlim dəyişikliyi ilə mübarizədə maliyyə və siyasi kommunikasiyanın vacibliyi danılmazdır. Almaniya beynəlxalq iqlim maliyyələşdirməsində ikinci ən böyük töhfə verən ölkə olaraq xüsusilə həssas qrupları, o cümlədən uşaqları və gəncləri dəstəkləyən yeni iqlim hədəflərini müdafiə edir. Yeni Kollektiv Kəmiyyət Məqsədinin etibarlı olması üçün dövlət və özəl mənbələrdən yaradıcı yanaşmalar tətbiq olunmalıdır".
COP29 Gənclər İqlim Çempionu Leyla Həsənova çıxışında iqlim dəyişikliyinin ən çox təsir etdiyi həssas qruplardan danışıb:
"Uşaqlar və gənclər iqlim dəyişikliyindən ən çox təsirlənən qruplardır və gələcəkdə bu təsirlərin nəticələrini daşımalı olacaqlar. Bu il milli iqlim planlarında uşaqların və gənclərin ehtiyaclarını nəzərə alan yaşa uyğun yanaşmalar hazırlamaq üçün işlər aparılır. Həmçinin, iqlim maliyyəsi sahəsində uşaqların dəstəklənməsi üçün tərəfdaşların cəlb olunması vacibdir. Hazırda iqlim maliyyəsinin yalnız 2,4%-i uşaqlara yönəlir ki, bu da yetərli deyil. Gənclərə dəstək insan inkişafını gücləndirmək üçün ən təsirli yollardan biridir"
Tədbirin bağlanış hissəsində isə Braziliya hökumətinin nümayəndəsi Ana Patte "COP29-dan COP30-a baxış" mövzusunda yekun bəyanatla çıxış edib.
Tədbirdə, həmçinin YOUNGO Global Gənclər Bəyannaməsi təqdim olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə oldu
20:38 02.06.2026
Gündəm
Bakıda güclü külək binanın fasadını uçurtdu - FOTO
20:29 02.06.2026
Hadisə
Ceyhun Bayramov kanadalı həmkarı ilə müzakirə aparıb
20:16 02.06.2026
Gündəm
Əfqanıstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib
19:41 02.06.2026
Gündəm
Rubio ABŞ və İran arasında razılaşma perspektivini görür
19:17 02.06.2026
Gündəm
Məsud Pezeşkian Prezident İlham Əliyevə təbrik məktubu göndərib
19:09 02.06.2026
Gündəm
İran mediası: Tehran Vaşinqtonla mesaj mübadiləsini dayandırıb
19:00 02.06.2026
Gündəm
NATO-da böyük sürpriz: Tramp Ankaraya gəlməyi planlaşdırır
18:51 02.06.2026
Gündəm
Kreml: London Avropanı Rusiya ilə qarşıdurmaya sürükləyir
18:41 02.06.2026
Gündəm
Bakıda birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçirilib
18:35 02.06.2026
Gündəm
Ayı kabusu: 4 nəfər yaralandı, məktəblər bağlandı
18:21 02.06.2026
Hadisə
Ağrıkəsici sanıb qulaqlığını uddu - Mədəsindən səs gəldi
18:09 02.06.2026
Hadisə
Kobaxidze: Ermənistan Bakı-Tbilisi-Qars dəmir yoluna qoşula bilər
18:00 02.06.2026
Gündəm