COP29-la bağlı Bakı Stadionunda 56 yeni kafe-restoran qurulub, 6 mindən çox iştirakçıya xidmət göstəriləcək
09:03 31.10.2024
COP29
494
“COP29-un keçiriləcəyi məkan müəyyənləşdikdən sonra Bakı Stadionunda üç yeni mətbəxin qurulmasına start verdik”.
Sherg.az xəbər verir ki, bunu COP29 üzrə Keyterinq, Təmizlik və Tullantıların Təmizlənməsi Dempartmentinin şöbə müdiri Anar Zeynalov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, ümumən, dörd mətbəx fəaliyyət göstərir: “Bunların üçü mavi zonada, bir böyük mətbəx isə yaşıl zonada yerləşir. Hal-hazırda olduğumuz mətbəx 3000 kvadratkilometrdən böyük ərazini əhatə edir. 1500 kvadratında malların qəbulu, düzgün saxlanılması, ilkin emalı, bişirilməsi, qablaşdırılması və konfrans iştirakçılarına çatdırılması üçün nəzərdə tutulub. Qalan ərazidə isə stadion ərazisində fəaliyyət göstərən əməkdaşların qidalanmasını təşkil edirik”.
A.Zeynalov qeyd edib ki, stadionun ərazisində 56 yeni kafe-restoran qurulub: “Onların 30-dan çoxu qida satış nöqtələridir. İki böyük restoranın birində milli mətbəx, digərində isə dünya mətbəxindən təamlar olacaq. Bu qida satış nöqtələri stadion ərazisinin müxtəlif hissələrində yerləşir. Bu qida satış nöqtələrinin 1 saat ərzində 6000-dən çox konfrans iştirakçısına xidmət edə biləcək. Tədbirin formatı üç qidalanma prosesindən ibarət olacaq. Noyabr ayında keçiriləcək tədbirin sifarişlərini artıq indidən qəbul edirik və hazırlıq prosesi gedir”.
A.Zeynal vurğulayıb ki, Cop29-la bağlı Bakı Stadionundakı qida satış nöqtələrində çalışan əməkdaşların sayı 1200-dən yuxarıdır və əməkdaşların hamısı tibbi müayinələrdən keçiblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya