COP29 Məlumat Mərkəzləri fəaliyyətə başlayıb
Yusif Nəzərli
09:38 08.11.2024
COP29
410
Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfransında iştirak məqsədilə paytaxta səfər edəcək minlərlə ziyarətçini hərtərəfli məlumat dəstəyi ilə təmin etmək üçün COP29 Məlumat Mərkəzləri fəaliyyətə başlayıb.
COP29 Əməliyyat Şirkətindən APA-ya verilən xəbərə görə, yeni fəaliyyətə başlayan COP29 Məlumat Mərkəzlərinin məqsədi konfransla bağlı sorğulardan tutmuş konfrans müddətində paytaxtda qonaqlama məsələlərinə kimi müxtəlif sualları əhatəli və dəqiq şəkildə cavablandırmaqdır.
COP29 Məlumat Mərkəzlərinin xüsusi təlim keçmiş işçiləri ətraflı məlumat təqdim etməklə yanaşı, tədbir iştirakçılarının aidiyyəti mövzularda düzgün istiqamətləndirilməsi və müsbət ziyarətçi təcrübəsinin təmin edilməsi xüsusunda da dəstək göstərəcəklər.
Ümumilikdə doqquz məlumat mərkəzi Bakı şəhərinin müxtəlif ərazilərində, əsasən də qonaqlama məkanları və nəqliyyat baxımından əlverişli nöqtələrdə yerləşir. Dövlət Turizm Agentliyi ilə əməkdaşlıq çərçivəsində bu mərkəzlərdən yeddisi daha əvvəl şəhərin qonaqlarına xidmət göstərən mərkəzlərin bazasında, digər ikisi isə COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil olunub.
Qeyd edək ki, məlumat əldə etmək üçün COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən istifadəyə verilmiş *1029 qısa nömrəsi və canlı çat vasitəsilə COP29 Çağrı Mərkəzi ilə də əlaqə saxlamaq mümkündür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Naxçıvanda minlərlə dövlət qulluqçusu artıq yükdür" - Heydər Oğuz
16:47 04.08.2026
Aktual
"Barselona" Xulian Alvaresin transferində israrlıdır
16:36 04.08.2026
Futbol
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqləyib
16:32 04.08.2026
Dünya
Rusiyada bloger Hüseyn Həsənova 4 il qiyabi hökm oxunub
15:25 04.08.2026
Hadisə
Bəzi rayonlarda sabah qaz olmayacaq
14:44 04.08.2026
İnfrastruktur
Xəstəxanaya getmədən pulsuz tibbi xidmət almaq mümkün olacaq
14:28 04.08.2026
Sağlamlıq
Göz yaşının sirri açıqlandı: İnsan üç fərqli növ göz yaşı tökür
14:19 04.08.2026
Cəmiyyət
İranda ikibaşlı hakimiyyət özünü açıq şəkildə göstərir - ŞƏRH
13:26 04.08.2026
Gündəm
Ərdoğan YAŞ toplantısı öncəsi Anıtkabiri ziyarət etdi
12:58 04.08.2026
Gündəm
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
12:57 04.08.2026
Gündəm
ABŞ-nin İranla mümkün saziş üçün tələbləri açıqlandı
12:50 04.08.2026
Gündəm
Azərbaycan və İsveçrənin XİN rəhbərləri görüşdü - YENİLƏNİB
12:45 04.08.2026
Siyasət