COP29 müddətində Bakı, Sumqayıt və Abşeronda peşə təhsili distant formata keçir
13:39 07.11.2024
COP29
618
2024-cü ilin 14-22 noyabr tarixləri arasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yerləşən peşə təhsili müəssisələrində tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formatda təşkil olunacaq.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən APA-ya verilən xəbərə görə, bu qərar, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təhsil müəssisələrinin fəaliyyətinin səmərəli davam etdirilməsi məqsədilə qəbul edilib.
Bu istiqamətdə 7 noyabr tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yerləşən peşə təhsili müəssisələrinin rəhbərləri ilə onlayn görüş təşkil edilib. Görüşdə bu dövr ərzində müəssisələrin məsafədən tədrisin təşkili üçün uyğun platformanı (Microsoft Teams, Zoom və s.) müəyyən etməsi, seçilən platformanın işçilər və şagirdlər üçün rahat və əlçatan olması və texniki problemlərin həlli üçün lazımi texniki dəstəyin təmin edilməsi mövzuları müzakirə edilib. Qeyd edilən müddətdə ümumi işçi sayının 30%-ə qədərinin növbəlilik əsasında işə cəlb olunması, 70%-nin isə məsafədən (yaşayış yerini tərk etmədən) işləməsinin təmin edilməli olduğu müəssisə rəhbərlərinin diqqətinə çatdırılıb.
Qeyd edək ki, iş və istirahət günlərinin dəyişdirilməsi ilə əlaqədar olaraq, tədris prosesinin fasiləsizliyini qorumaq məqsədilə 16 və 23 noyabr (şənbə günləri) üçün nəzərdə tutulan dərslər, müvafiq olaraq, 12 və 13 noyabr tarixlərində nəzərdə tutulmuş dərs cədvəlinə uyğun təşkil ediləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Naxçıvanda minlərlə dövlət qulluqçusu artıq yükdür" - Heydər Oğuz
16:47 04.08.2026
Aktual
"Barselona" Xulian Alvaresin transferində israrlıdır
16:36 04.08.2026
Futbol
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqləyib
16:32 04.08.2026
Dünya
Rusiyada bloger Hüseyn Həsənova 4 il qiyabi hökm oxunub
15:25 04.08.2026
Hadisə
Bəzi rayonlarda sabah qaz olmayacaq
14:44 04.08.2026
İnfrastruktur
Xəstəxanaya getmədən pulsuz tibbi xidmət almaq mümkün olacaq
14:28 04.08.2026
Sağlamlıq
Göz yaşının sirri açıqlandı: İnsan üç fərqli növ göz yaşı tökür
14:19 04.08.2026
Cəmiyyət
İranda ikibaşlı hakimiyyət özünü açıq şəkildə göstərir - ŞƏRH
13:26 04.08.2026
Gündəm
Ərdoğan YAŞ toplantısı öncəsi Anıtkabiri ziyarət etdi
12:58 04.08.2026
Gündəm
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
12:57 04.08.2026
Gündəm
ABŞ-nin İranla mümkün saziş üçün tələbləri açıqlandı
12:50 04.08.2026
Gündəm
Azərbaycan və İsveçrənin XİN rəhbərləri görüşdü - YENİLƏNİB
12:45 04.08.2026
Siyasət