COP29 Prezidenti: Tərəflər arasında fikir ayrılıqlarının aradan qaldırılması istiqamətində intensiv fəaliyyət göstərilib
12:20 18.11.2024
COP29
433
"Bu günlər ərzində COP29 Prezidentliyi tərəflər arasında fikir ayrılıqlarının aradan qaldırılması istiqamətində intensiv fəaliyyət göstərib".
APA xəbər verir ki, bunu COP29 Prezidentliyinin mətbuat konfransında COP29-un Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib.
O deyib ki, bu günkü müzakirələr nəticəsində yekun sənədin 6.8-ci bəndi üzrə razılıq əldə edilib:
"Bu, irəliyə atılmış addım olsa da, hələ problemlərimiz qalmaqdadır. Mənə deyirlər ki, bir çoxu danışıqların taleyindən narahatdırlar. İcazə verin deyim ki, mən də tərəflərin mövqeyinin yaxınlaşmamasından narahatam. Artıq bir qədər sürətli addımlar atılmasının vaxtıdır. Hesab edirəm ki, siyasətçilər bu məsuliyyəti üzərlərinə götürməlidir. Onlar razılaşmanı konstruktiv dialoq şəraitində əldə etməlidirlər. Braziliya və Böyük Britaniyanı da aparılan müzakirələrdə bizə dəstək verməyə çağırırıq. Biz Yeni Kollektiv Kəmiyyət Hədəfi sənədinin 25 səhifəsini müzakirə etmişik, amma hələ görüləcək işlər çoxdur. Ona görə də nazirləri əsas siyasi fikir ayrılıqları üzrə razılığa gəlməyə çağırırıq. Hazırda üç əsas məsələ üzrə müzakirələr davam etdirilir. Bunlar: yekun sənədin strukturu, həcmi və verəcyi töhfələrlə bağlı məqamlardır. Bizim məqsədimiz razılaşmaya nail omaqdır. Bu həftə ərzində G20 ölkələrinin növbəti sammiti başlayacaq. Onların iştirakı Paris Razılaşmasının bütün müddəaları üzrə konsensus əldə olunması mühüm önəm daşıyır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron radikal etirazçıları həbslə hədələdi
22:54 17.10.2026
Dünya
İran və Pakistan arasında sərhəd keçidləri müvəqqəti dayandırılıb
22:32 17.10.2026
Dünya
Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb
21:35 17.10.2026
Dünya
“Qarabağ” “Neftçi” matçı bərabərliklə yekunlaşdı
21:18 17.10.2026
Futbol
ABŞ prezidenti Moskvanın mövqeyindən çıxış edir -ŞƏRH
21:00 17.10.2026
Aktual
"Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi
20:46 17.10.2026
Şou
İranda güclü partlayış
20:32 17.10.2026
Region
Gəncədə Kukla Teatrının mühafizəçisi bıçaqlandı
20:18 17.10.2026
Hadisə
Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər
19:34 17.10.2026
Futbol
Azərbaycanda nə qədər qızıl istehsal olunub?
19:02 17.10.2026
İqtisadiyyat
“Qəbələ”nin baş məşqçisi: Bunlar komandanın səhvləridir
18:34 17.10.2026
Futbol
Fransada etiraz aksiyaları davam edir
18:23 17.10.2026
Dünya
Türkiyə ordusu daha 80 ANKA-3 sifariş verdi
17:53 17.10.2026
Aktual
Türkiyə və İran XİN başçıları Bağdadda görüşdü
17:08 17.10.2026
Gündəm
Füzuli Şəhəri Günü qeyd olunub
16:26 17.10.2026
Sosial
Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
15:57 17.10.2026
Maraqlı