COP29 Yaşıl Zona biletləri artıq satışa çıxarıldı
Yusif Nəzərli
08:07 10.11.2024
COP29
403
COP29 konfransı çərçivəsində təşkil olunan Yaşıl Zonaya ödənişsiz giriş biletlərini artıq iTicket.az platformasından əldə etmək mümkündür.
Axar.az xəbər verir ki, COP29 Sədrliyi tərəfindən təşkil və idarə olunan, eləcə də icmaların iştirakı, texnoloji həllər və qlobal əməkdaşlığı ehtiva edən Yaşıl Zona iqlim məsələləri ilə bağlı müxtəlif maraqlı tərəflərin - dövlət və özəl sektor təmsilçiləri, media, elm adamları, ekspertlər, yerli icmalar, vətəndaş cəmiyyəti institutları və rəsmi Mavi Zona nümayəndələrinin daxil olduğu geniş iştirakçı auditoriyasının bir araya gələcəyi məkandır.
Müxtəlif sahələrdə dayanıqlılıq və iqlim fəaliyyəti ilə bağlı bir sıra təşəbbüs və müzakirələr üçün platforma olan COP29 Yaşıl Zonasının proqramı iqlim dəyişmələri üzrə həllərin təşviqində gənclərin, eləcə də qadın və yerli icmaların daha geniş iştirakını ehtiva edir. Bundan əlavə, Yaşıl Zona dayanıqlı inkişaf naminə QHT-lər, eləcə də şirkət və ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsini də təşviq edir.
İqlim fəaliyyəti ilə yaxından tanış olmaq istəyənlər üçün açıq olan Yaşıl Zonaya biletləri iTicket platforması vasitəsilə elektron formada (ödənişsiz) əldə etmək mümkündür. Konfransın dayanıqlılıq prinsipləri nəzərə alınaraq, elektron biletlərin çap edilməsi və kağız daşıyıcıda təqdim olunması tələb olunmur.
Yaşıl Zona biletləri haqqında daha ətraflı məlumatı COP29 rəsmi veb-saytının müvafiq bölməsindən əldə edə, aidiyyəti sualları isə "ticketing@cop29.az" elektron poçt ünvanına yönləndirmək olar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Naxçıvanda minlərlə dövlət qulluqçusu artıq yükdür" - Heydər Oğuz
16:47 04.08.2026
Aktual
"Barselona" Xulian Alvaresin transferində israrlıdır
16:36 04.08.2026
Futbol
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqləyib
16:32 04.08.2026
Dünya
Rusiyada bloger Hüseyn Həsənova 4 il qiyabi hökm oxunub
15:25 04.08.2026
Hadisə
Bəzi rayonlarda sabah qaz olmayacaq
14:44 04.08.2026
İnfrastruktur
Xəstəxanaya getmədən pulsuz tibbi xidmət almaq mümkün olacaq
14:28 04.08.2026
Sağlamlıq
Göz yaşının sirri açıqlandı: İnsan üç fərqli növ göz yaşı tökür
14:19 04.08.2026
Cəmiyyət
İranda ikibaşlı hakimiyyət özünü açıq şəkildə göstərir - ŞƏRH
13:26 04.08.2026
Gündəm
Ərdoğan YAŞ toplantısı öncəsi Anıtkabiri ziyarət etdi
12:58 04.08.2026
Gündəm
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
12:57 04.08.2026
Gündəm
ABŞ-nin İranla mümkün saziş üçün tələbləri açıqlandı
12:50 04.08.2026
Gündəm
Azərbaycan və İsveçrənin XİN rəhbərləri görüşdü - YENİLƏNİB
12:45 04.08.2026
Siyasət