COP29 Yaşıl Zona üzrə biletlərin yaxın zamanda əldə edilməsi mümkün olacaq
12:25 31.10.2024
COP29
562
Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfransı çərçivəsində təşkil olunacaq Yaşıl Zonaya giriş biletlərinin əldə edilməsi prosesi 9 noyabr tarixindən etibarən başlanılacaq.
COP29 Əməliyyat Şirkətindən APA-ya verilən xəbərə görə, geniş ictimaiyyət üçün açıq olacaq COP29 Yaşıl Zona üzə biletləri ödənişsiz olaraq onlayn qaydada əldə etmək mümkün olacaq.
Məlum olduğu kimi, COP29 konfransının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) tərəfindən idarə edilən və rəsmi danışıqların mərkəzi olan Mavi Zona ilə yanaşı həmçinin COP29 Sədrliyi tərəfindən təşkil və idarə edilən və icmaların iştirakı, texnoloji həllər və qlobal əməkdaşlığa yönəlik Yaşıl Zona da fəaliyyət göstərəcək. Yaşıl Zona iqlim məsələləri ilə bağlı müxtəlif maraqlı tərəflərin - dövlət və özəl sektor təmsilçiləri, media, elm adamları, ekspertlər, yerli icmalar, vətəndaş cəmiyyəti institutları və rəsmi Mavi Zona nümayəndələrini də əhatə edən geniş iştirakçı auditoriyasının bir araya gələcəyi məkandır.
Ümumilikdə, Yaşıl Zona proqramı müxtəlif sahələrdə dayanıqlılıq və iqlim fəaliyyəti ilə bağlı bir sıra təşəbbüs və müzakirələri əhatə edir, iqlim dəyişmələri üzrə həllərin təşviqi sahəsində gənclərin, eləcə də qadın və yerli icmaların daha geniş iştirakını ehtiva edir. Bundan əlavə, Yaşıl Zona dayanıqlı inkişaf naminə QHT-lər, eləcə də şirkət və ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsini də təşviq edir.
İqlim fəaliyyəti ilə yaxından tanış olmaq istəyən kəs üçün açıq olan Yaşıl Zonaya biletlərini ödənişsiz şəkildə iTicket platforması vasitəsilə elektron formada əldə etmək mümkün olacaq. Konfransın dayanıqlılıq prinsipləri nəzərə alınaraq, elektron biletlərin çap edilməsi və kağız daşıyıcıda təqdim olunması tələb edilmir.
Qeyd edək ki, COP29 Yaşıl Zonaya böyük maraq nəzərə alınaraq sözügedən biletlər konfransın keçiriləcəyi müddət ərzində hər ayrıca gün və bu günlərin müxtəlif saat slotları üzrə ayrıca əldə edilməlidir. Biletlər hər növbəti gün üçün iki gün öncədən reliz ediləcək.
Yaşıl Zona biletləri haqqında daha ətraflı məlumatı COP29 rəsmi veb saytının müvafiq bölməsindən əldə edə, aidiyyəti suallarınızı isə ticketing@cop29.az elektron poçt ünvanına yönləndirə bilərsiniz.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ “Tramp marşrutu” üçün maliyyəni iki dəfə artırdı
18:32 04.08.2026
Gündəm
ABŞ Rusiya MN-in bir sıra strukturlarına sanksiya tətbiq edib
18:17 04.08.2026
Gündəm
Hayk Koncoryan Ermənistan Parlamentinin vitse-spikeri seçilib
17:41 04.08.2026
Region
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
17:31 04.08.2026
Sağlamlıq
Qazaxıstan Prezidenti Ermənistana səfər edəcək
17:19 04.08.2026
Dünya
Tanınmış jurnalist tarixçilərə təşəkkür etdi
17:18 04.08.2026
Elm və Təhsil
ATƏT tarixinin ən mürəkkəb mərhələlərindən birini yaşayır - ŞƏRH
17:13 04.08.2026
Gündəm
Gürcüstan və ADB arasında 250 milyon dollarlıq saziş imzalanıb
17:03 04.08.2026
Region
"Naxçıvanda minlərlə dövlət qulluqçusu artıq yükdür" - Heydər Oğuz
16:47 04.08.2026
Aktual
"Barselona" Xulian Alvaresin transferində israrlıdır
16:36 04.08.2026
Futbol
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqləyib
16:32 04.08.2026
Dünya
Rusiyada bloger Hüseyn Həsənova 4 il qiyabi hökm oxunub
15:25 04.08.2026
Hadisə
Bəzi rayonlarda sabah qaz olmayacaq
14:44 04.08.2026
İnfrastruktur