Ferqus Old: Azərbaycan COP29-a hazırlıqla bağlı heyrətamiz iş görüb
15:47 18.11.2024
COP29
665
Azərbaycan ötən ilin dekabr ayından etibarən COP29-a hazırlıq çərçivəsində heyrətamiz iş görüb və onun liderliyi cari tədbirdə mühüm əhəmiyyət kəsb edir.
“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycan nümayəndəliyinə bildirib.
Diplomat qeyd edib ki, COP29-un uğurla həyata keçirilməsində Azərbaycana dəstək verilməsi Böyük Britaniya səfirliyinin bu il üçün əsas prioriteti olub.
“Azərbaycan keçən ilin dekabr ayından etibarən COP29-a hazırlıqla bağlı sıfırdan başlayaraq heyrətamiz iş görüb. Böyük Britaniyanın Qlazqoda keçirilmiş COP26-ya hazırlaşmaq üçün iki il vaxtı var idi. Azərbaycan sədrliyi isə təşəbbüsü öz üzərinə götürərək tərəfləri dinlədi və tez uyğunlaşdı”, - o deyib.
Old həmçinin qeyd edib ki, Böyük Britaniya mühüm addım atıb və 2030-cu ilə qədər təmiz enerjiyə keçmək niyyətini açıqlayıb.
“Biz sentyabrın 30-da kömürlə işləyən son elektrik stansiyasını bağlayaraq, kömürdən imtina edən dünyanın ilk böyük iqtisadiyyatı olduq. COP29-da 1,5 dərəcə hədəfinə çatmaq üçün iqlimlə bağlı tədbirlər haqqında daha ətraflı informasiyalar paylaşırıq. Biz hər bir ölkənin təhfə verməsini istəyirik”, - səfir vurğulayıb.
Onun sözlərinə görə, Britaniya COP29 çərçivəsində inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyəsinin açılması, emissiyaların azaldılması və iqlim dəyişikliyinin nəticələrinə uyğunlaşma kimi mühüm məqsədlərə nail olmaq üçün səy göstərmək niyyətindədir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron radikal etirazçıları həbslə hədələdi
22:54 17.10.2026
Dünya
İran və Pakistan arasında sərhəd keçidləri müvəqqəti dayandırılıb
22:32 17.10.2026
Dünya
Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb
21:35 17.10.2026
Dünya
“Qarabağ” “Neftçi” matçı bərabərliklə yekunlaşdı
21:18 17.10.2026
Futbol
ABŞ prezidenti Moskvanın mövqeyindən çıxış edir -ŞƏRH
21:00 17.10.2026
Aktual
"Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi
20:46 17.10.2026
Şou
İranda güclü partlayış
20:32 17.10.2026
Region
Gəncədə Kukla Teatrının mühafizəçisi bıçaqlandı
20:18 17.10.2026
Hadisə
Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər
19:34 17.10.2026
Futbol
Azərbaycanda nə qədər qızıl istehsal olunub?
19:02 17.10.2026
İqtisadiyyat
“Qəbələ”nin baş məşqçisi: Bunlar komandanın səhvləridir
18:34 17.10.2026
Futbol
Fransada etiraz aksiyaları davam edir
18:23 17.10.2026
Dünya
Türkiyə ordusu daha 80 ANKA-3 sifariş verdi
17:53 17.10.2026
Aktual
Türkiyə və İran XİN başçıları Bağdadda görüşdü
17:08 17.10.2026
Gündəm
Füzuli Şəhəri Günü qeyd olunub
16:26 17.10.2026
Sosial
Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
15:57 17.10.2026
Maraqlı