“İqlim üçün mədəniyyət” adlı panel sessiya keçirilib
Yusif Nəzərli
10:00 16.11.2024
COP29
556
Noyabrın 16-da BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyəti üzrə Dostlar Qrupu (GFCBCA) və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “İqlim üçün mədəniyyət” adlı panel sessiya keçirilib.
Mədəniyyət Nazirliyindən APA-ya verilən xəbərə görə, tədbirin moderatoru, Birləşmiş Ərəb Əmirliklərinin Mədəniyyət Nazirliyinin baş incəsənət tədqiqatçısı Mahnaz Anvar Fancy qonaqları salamlayaraq tədbir haqqında məlumat verib.
Qeyd olunub ki, bu gün dünyada iqlim dəyişikliyi nəticəsində mədəni abidələrə də ciddi ziyan dəyir. Mədəniyyəti iqlim fəaliyyətinə daxil etmək üçün Azərbaycan tərəfindən “İqlim üçün mədəniyyət” (C4C) təşəbbüsü irəli sürülüb. Bu təşəbbüs mədəniyyəti iqlim müzakirələrinin mərkəzinə çəkməsi baxımından əhəmiyyət daşıyır, eyni zamanda qlobal səviyyədə mədəniyyətin davamlı gələcək üçün güclü bir vasitə olduğunu göstərməyi hədəfləyir.
Diqqətə çatdırılıb ki, C4C təşəbbüsünə dəstək olaraq oktyabrın 8-də UNESCO-nın baş qərargahında Azərbaycanın COP29-da baş tutacaq mədəniyyət məzmunlu tədbirlərinə dair təqdimat keçirilib. Bu tədbir C4C-nin qlobal miqyasda iqlim-pozitiv mədəni fəaliyyətləri təşviq etmək üçün necə mərkəz nöqtəsi kimi xidmət edəcəyini nümayiş etdirib.
Daha sonra UNESCO-nun xoşməramlı səfiri, Petra Milli Trestinin prezidenti, İordaniya şahzadəsi Dana Firas, Afina Milli və Kapodistrian Universitetinin ətraf mühit və iqlim fizikası üzrə professoru Constantinos Cartalis,
Asiya İnkişaf Bankı (ADB) İnstitutunun baş iqtisadçısı Akbar Riznaldi və UNESCO-nun Mədəniyyət sektoru icra aparatının rəhbəri Dorine Dubois mövzu ətrafında çıxış ediblər.
Çıxışlarda iqlim dəyişikliyinin mədəniyyətə vurduğu zərərdən danışılıb, ölkəmizin irəli sürdürü C4C təşəbbüsünün əhəmiyyəti vurğulanıb. Həmçinin sessiyada mədəni yanaşmaların iqlimlə bağlı məsələləri təşviq etməsi, milli, beynəlxalq səviyyədə inklüzivliyin və davamlılığın artırılması, insanlar arasında təşviqatın aparılması, özəl-dövlət sektorları arasında tərəfdaşlıq, maliyyə imkanına çıxış və s. kimi mövzular müzakirə olunub.
Sonda çıxış edən COP29-un prezidenti, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev tədbirin önəmini vurğulayıb. Qeyd edib ki, COP29 çərçivəsində bir çox sahələrə həsr olunmuş tədbirlər keçirilib: "Çox şadam ki, bu gün təşkil olunan tədbir məhz mədəniyyətə həsr olunur. Mən də öz növbəmdə iqlim fəaliyyətinə töhfə verdiyinə görə Mədəniyyət Nazirliyinə təşəkkür edirəm. Biz də çalışacağıq ki, COP29-un yekun sənədində mədəniyyətin iqlim fəaliyyətindəki roluna yer ayıraq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə oldu
20:38 02.06.2026
Gündəm
Bakıda güclü külək binanın fasadını uçurtdu - FOTO
20:29 02.06.2026
Hadisə
Ceyhun Bayramov kanadalı həmkarı ilə müzakirə aparıb
20:16 02.06.2026
Gündəm
Əfqanıstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib
19:41 02.06.2026
Gündəm
Rubio ABŞ və İran arasında razılaşma perspektivini görür
19:17 02.06.2026
Gündəm
Məsud Pezeşkian Prezident İlham Əliyevə təbrik məktubu göndərib
19:09 02.06.2026
Gündəm
İran mediası: Tehran Vaşinqtonla mesaj mübadiləsini dayandırıb
19:00 02.06.2026
Gündəm
NATO-da böyük sürpriz: Tramp Ankaraya gəlməyi planlaşdırır
18:51 02.06.2026
Gündəm
Kreml: London Avropanı Rusiya ilə qarşıdurmaya sürükləyir
18:41 02.06.2026
Gündəm
Bakıda birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçirilib
18:35 02.06.2026
Gündəm
Ayı kabusu: 4 nəfər yaralandı, məktəblər bağlandı
18:21 02.06.2026
Hadisə
Ağrıkəsici sanıb qulaqlığını uddu - Mədəsindən səs gəldi
18:09 02.06.2026
Hadisə
Kobaxidze: Ermənistan Bakı-Tbilisi-Qars dəmir yoluna qoşula bilər
18:00 02.06.2026
Gündəm