Leyla Əliyeva COP29 çərçivəsində dəniz canlılarına dair panel müzakirələrində iştirak edib
13:04 19.11.2024
COP29
454
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva IDEA İB və “Great Whale Conservancy” təşkilatının əməkdaşlığı çərçivəsində həyata keçirilən “Dəniz ekosisteminin sağlamlığında və iqlim dəyişikliyinin azaldılmasında dəniz məməlilərinin rolu” mövzusunda panel müzakirələrində iştirak edib.
APA xəbər verir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunan tədbirdə çıxış edən Leyla Əliyeva dəniz canlılarının ekoloji balans və iqlim dayanıqlılığının təmin edilməsi baxımdan əhəmiyyətini vurğulayıb.
Dünyanın ən iri məməliləri olan balinaların karbon dioksidinin atmosferdə miqdarının azaldılmasında oynadığı rolu vurğulayan Leyla Əliyeva bildirib ki, 1985-ci ildə qüvvəyə minən müvafiq moratoriuma baxmayaraq, balina ovu hələ də bir sıra ölkələr tərəfindən davam etdirilməkdədir.
Daha sonra Xəzər suitilərinin populyasiyasının XX əsrin əvvəli ilə müqayisədə 6 dəfəyə yaxın azalması panel iştirakçılarının diqqətinə çatdırılıb.
IDEA tərəfindən ötən 13 il ərzində icra olunan fəaliyyətlərə toxunan Leyla Əliyeva gənclər və geniş auditoriya üçün həyata keçirilən məlumatlandırma tədbirləri, könüllülərin iştirakı ilə baş tutan sahilyanı ərazilərin təmizlənməsi aksiyaları, balıq körpələrinin suya buraxılması və Xəzər dənizinin unikal biomüxtəlifliyinin qorunmasına yönələn bir sıra digər tədbirləri qeyd edib.
Panel müzakirələrinin davamında “Great Whale Conservancy” təşkilatının təsisçisi və direktoru Maykl Fişbax və Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyinin baş direktoru Tariyel Eybatov müxtəlif dəniz canlıları, o cümlədən balinaların və suitilərin dəniz ekosistemi üçün əhəmiyyəti və su hövzələrinin çirklənməsinin ətraf mühitə təsiri barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kreml: London Avropanı Rusiya ilə qarşıdurmaya sürükləyir
18:41 02.06.2026
Gündəm
Bakıda birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçirilib
18:35 02.06.2026
Gündəm
Ayı kabusu: 4 nəfər yaralandı, məktəblər bağlandı
18:21 02.06.2026
Hadisə
Ağrıkəsici sanıb qulaqlığını uddu - Mədəsindən səs gəldi
18:09 02.06.2026
Hadisə
Kobaxidze: Ermənistan Bakı-Tbilisi-Qars dəmir yoluna qoşula bilər
18:00 02.06.2026
Gündəm
Madyar: Mənim dövrümdə Ukraynaya silah verilməyəcək
17:17 02.06.2026
Gündəm
Sudan lideri Prezident İlham Əliyevə təbrik ünvanlayıb
17:12 02.06.2026
Gündəm
Avropa İttifaqı Ermənistana 2,2 milyon avro verəcək
16:53 02.06.2026
Gündəm
ABŞ Dövlət katibinin köməkçisi Şəhidlər xiyabanını ziyarət edib
16:39 02.06.2026
Gündəm