Parlamentari: Azərbaycan COP29-un keçirilməsi üçün tam hazırdır
Yusif Nəzərli
13:59 08.11.2024
COP29
560
"Azərbaycan çox əhəmiyyətli və önəmli tədbirə - COP29 a ev sahibliyi edəcək".
Bu sözləri “Sherg.az”a millət vəkili Naqif Həmzəyev söyləyib.
Parlamentari bildirib ki, bu günə qədər keçirilmiş COP tədbirlərinin ev sahiblərinin hazırlıq üçün 2 ilə yaxın vaxtları olurdu:
"Lakin Azərbaycanın bu cür vaxtı olmadı. Çünki Azərbaycan belə bir tədbirə ev sahibliyi etdiyi xəbərini aldıqdan sonra yalnız 10 ay ərzində hazırlıq üçün zamanı var idi. Xarici ekspertlərin verdiyi rəyləri nəzərə alsaq deyə bilərik ki, hazırlıq üçün az vaxtı olmağına baxmayaraq Azərbaycan bu prosesə çox ciddi hazırlaşıb. Yəni bu günə qədər keçirilmiş COP29 tədbirlərindən zərrə qədər geri qalma ehtimalı yoxdur. Əksinə COP29 dan sonra bu tədbirlərə ev sahibliyi etməklə bağlı yeni kriteriyalar, yeni yanaşmalar ortaya çıxacaq və bu birbaşa Azərbaycanın adı ilə bağlanacaq. Bildiyimiz kimi COP29 tədbirləri birbaşa olaraq iqlim dəyişiklikləri ilə bağlıdır. Bu siyasi tədbir deyil və hədəf yer kürəsinin dünyamızın, gələcəyini təhdid altına saxlayan iqlim dəyişikliklərinin qarşısını almaq üçün dünya dövlətlərinin qəbul etdiyi qərarlar və götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədardır. Əsasəndə bu öhdəliklərin yerinə yetirilməsi üçün maliyyə axtarışının həyata keçirilməsi və maliyyə problemlərinin çözülməsidir ki, qarşımıza qoyduğumuz məqsədə çata bilək.
Parlamentari əlavə edib ki, Azərbaycanda keçirilən COP29 tədbirində dünya liderləri, hökumət başçıları, bu sahə üzrə olan ekspertlər qatılacaqlar:
"İlkin məlumatlara görə 50 ölkədən çox dövlətin lideri iştirak edəcək, həmçinin ekspertlər müttəxəssislər qatılacaq. Burada isə ən azı 60-70 min iştirakçının və qonağın Bakıya təşrif buyurmasından söhbət gedir. Həqiqətən də çox ağır və məsuliyyətli bir tədbirdir. Cənab Prezident İlham Əliyevin və çox hörmətli Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın COP29 tədbirlərinin keçiriləcəyi məkanlara baxışı zamanı biz bir daha şahid olduq ki, Azərbaycan tam olaraq bu tədbirlərin keçirilməsi üçün hazırdır. 10 ay ərzində COP29 ofisinin əməkdaşları bütün gecə-gündüz çalışıblar, A dan Z yə bütün detallar ölçülüb, biçilib və tədbirlər ən yüksək səviyyədə təşkil ediləcək. İnanırıq ki, Bakıda müzakirə ediləcək məsələlər, qəbul ediləcək qərarlar həm Azərbaycan, həm, regionumuz, həm də dünya üçün önəmli və əhəmiyyətli olacaq. Ölkələr götürdükləri öhdəliklərə dair hesabatlar təqdim edəcəklər. Gələcəkdə də bu öhdəliklərin yerinə yetirilməsi üçün lazımı qərarları verib və onun arxasında duracaqlar. Bir sözlə COP29 tədbirləri zamanı xüsusilədə Azərbaycanın sülh çağırışları və müharibəsiz dünya çağırışları cavabsız qalmayacaq. İlk dəfədir ki, Azərbaycanın təşəbbüsü ilə irəli atılmış bu təşəbbüsün dəstəklənməsi də düşünürəm ki, dünyamız üçün faydalı və əhəmiyyətli olacaq. COP29 da çox yadda qalan, önəmli qərarlar qəbul ediləcək və biz çox xoşbəxt xalqın nümayəndələri və ölkənin vətəndaşlarıyıq ki, bu tədbirə ev sahibliyi edirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Naxçıvanda minlərlə dövlət qulluqçusu artıq yükdür" - Heydər Oğuz
16:47 04.08.2026
Aktual
"Barselona" Xulian Alvaresin transferində israrlıdır
16:36 04.08.2026
Futbol
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqləyib
16:32 04.08.2026
Dünya
Rusiyada bloger Hüseyn Həsənova 4 il qiyabi hökm oxunub
15:25 04.08.2026
Hadisə
Bəzi rayonlarda sabah qaz olmayacaq
14:44 04.08.2026
İnfrastruktur
Xəstəxanaya getmədən pulsuz tibbi xidmət almaq mümkün olacaq
14:28 04.08.2026
Sağlamlıq
Göz yaşının sirri açıqlandı: İnsan üç fərqli növ göz yaşı tökür
14:19 04.08.2026
Cəmiyyət
İranda ikibaşlı hakimiyyət özünü açıq şəkildə göstərir - ŞƏRH
13:26 04.08.2026
Gündəm
Ərdoğan YAŞ toplantısı öncəsi Anıtkabiri ziyarət etdi
12:58 04.08.2026
Gündəm
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
12:57 04.08.2026
Gündəm
ABŞ-nin İranla mümkün saziş üçün tələbləri açıqlandı
12:50 04.08.2026
Gündəm
Azərbaycan və İsveçrənin XİN rəhbərləri görüşdü - YENİLƏNİB
12:45 04.08.2026
Siyasət