Yaponiyalı nazir: COP29-da NCQG üzrə konsensusa nail olunmasını gözləyirik
08:57 20.11.2024
COP29
435
Bu konfransda yeni kollektiv kəmiyyət hədəfi (NCQG) üzrə konsensusa nail olunması gözlənilir.
“Report” xəbər verir ki, bunu Yaponiyanın ətraf mühit naziri Asao Keyitiro COP29 çərçivəsində keçirilən yüksək səviyyəli iclasda bildirib.
Onun sözlərinə görə, Yaponiya iqlim maliyyələşdirilməsi sahəsində qlobal səylərə öz töhfəsini verib. Xüsusilə 2025-ci ilə qədər beş il ərzində inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişikliyi ilə mübarizə üçün 70 milyard ABŞ dolları məbləğində dövlət və özəl dəstək göstərməyi öhdəsinə götürüb və bu məqsədə çatmaq üçün plana uyğun şəkildə işləyir.
Nazir qeyd edib ki, bu COP-un uğuru Paris Sazişinin 6-cı maddəsinin hərtərəfli əməliyyat qaydaları üzrə qərarın qəbul edilməsini tələb edir. 6-cı maddə yüksək keyfiyyətli karbon bazarının yaradılmasına, dekarbonizasiya texnologiyaları üçün özəl maliyyə resurslarının səfərbər edilməsinin təşviqinə və beynəlxalq əməkdaşlıq vasitəsilə bütün dünyada təsirlərin yumşaldılması səylərinin genişləndirilməsinə yönəlib. Yaponiya Birgə Kreditləşdirmə Mexanizmi (JCM) vasitəsilə dünyanın dekarbonizasiyasına töhfə verəcək.
A.Keyitiro bütün tərəfləri COP29-un uğurla keçirilməsi üçün birlikdə işləməyə çağırıb və tədbirin təşkilində göstərdiyi səylərə görə Azərbaycana səmimi təşəkkürünü bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kobaxidze: Ermənistan Bakı-Tbilisi-Qars dəmir yoluna qoşula bilər
18:00 02.06.2026
Gündəm
Madyar: Mənim dövrümdə Ukraynaya silah verilməyəcək
17:17 02.06.2026
Gündəm
Sudan lideri Prezident İlham Əliyevə təbrik ünvanlayıb
17:12 02.06.2026
Gündəm
Avropa İttifaqı Ermənistana 2,2 milyon avro verəcək
16:53 02.06.2026
Gündəm
ABŞ Dövlət katibinin köməkçisi Şəhidlər xiyabanını ziyarət edib
16:39 02.06.2026
Gündəm
Gürcüstan Baş naziri: Azərbaycanla tarixi uğura imza atdıq
16:12 02.06.2026
Cənubi Qafqaz
NATO: Artıq ABŞ-dən asılı deyilik
15:57 02.06.2026
Dünya
Minimum əmək haqqı 1 həftəyə ancaq çatar -RƏY
15:50 02.06.2026
Sosial
Ermənistanda Samvel Karapetyana qarşı iş açılıb
15:37 02.06.2026
Cənubi Qafqaz