Türkiyədə axtarışda olan 3 terrorçu təslim olub



Türkiyədə axtarışda olan 3 təhlükəli terrorçu təslim olub.

APA-nın yerli bürosunun Türkiyə Daxili İşlər Nazirliyinə istinadla xəbərinə görə, jandarma və polisin Şırnak bölgəsində birgə keçirdiyi əməliyyat nəticəsində terrorçular atəşi dayandıraraq silahı təhvil verməyə məcbur olublar. 

Nazirlikdən bildirilib ki, bu ilin yanvarından indiyədək təslim olan terrorçuların sayı 92-yə çatıb.