Beyrutda BMT-nin 48 əməkdaşı yaralanıb - RƏSMİ


Ötən gün Livanın paytaxtı Beyrutda baş verən partlayış zamanı Birləşmiş Millətlər Təşkilatının 48 əməkdaşı yaralanıb.

Bu barədə “Al Jazeera” telekanalı BMT Baş katibinin müavini Fərhan Haka istinadən məlumat yayıb.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, partlayış nəticəsində 78 nəfər ölüb, dörd mindən artıq insan yaralanıb.

Hazırda Beyrut fəlakət bölgəsi elan edilib.